Böyük şair N. Gəncəvinin bir beyti var: “Hər ümidsiz işdə bir çox ümid var, Qaranlıq gecədən ağ səhər doğar”. Tarixin ən qaranlıq, ən qorxunc dönəmləri işıqlı hadisələri, gözəl fəaliyyətləri və böyük şəxsiyyətləri doğurmuşdur. Ötən əsrin sonlarına
doğru Anadoluda kök atıb şaxələnən və çox keçmədən bütün dünyaya yayılan, minlərlə insanı cəhalət bataqlığından çıxarıb “insana sevgi”, “yaşatmaq üçün yaşamaq” “fədakarlıq” kimi dəyərləri dirçəldən, su olub susuzların dadına yetən, günəş olub soyuq yuvaları qızdıran, ulduz olub yolda qalanlara yol göstərən təhsil fəaliyyətləri buna bariz nümunədir. Bu ideallar uğrunda gecə-gündüz demədən çalışan, canını, varını fəda edən təhsil könüllülərinin məşəqqətli, eyni zamanda, ibrətli,
şərəfli həyatı..
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.