Elə hadisələr var ki, az qala dünən texnoloji vasitələrin hökm etdiyi bir mühitdə baş verib, amma sənədlərdə, lentlərdə qalıb, yaddaşlardan, xatirələrdən silinib, tarixə gömülüb. Elə hadisələr də var ki, tarixin yazısız, ibtidai dövrlərində baş verib, amma onlar sənəd kimi könüllərə, düşüncələrə köçürülüb. Məhz belə hadisələrin iştirakçısı olan böyük şəxsiyyətlər qəlblərdə taxt qurmuş, illərlə, əsrlərlə insanlara yol göstərmişdir. Əsərdə daha çox ibrətamiz məzmunlu hekayələr əksini tapmışdır. Hədislərdə nəql edilən misallar yeni bir üslubda işlənmişdir. Hədisin orijinal mətnində olmasa da, kitabda verilən hekayələrə fikri tamamlamaq üçün əlavələr edildiyini qeyd etmək yerinə düşərdi. Əsər dünyanın ibrətli keçmişi ilə tanışlıq, onu öyrənmək, dövranın hikmətlərinə aydınlıq gətirmək baxımından faydalıdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.