Kitabın birinci hissəsində “ramazan ayını ikiqat oruc tutmaq”, “iftar vaxtını dua ilə qarşılamaq”, “ailədə yarış keçirmək” kimi 4o maraqlı və orijinal tövsiyədən bəhs edən müəllif ramazanı gözəl dəyərləndirmək, xeyirli vərdişlər qazanmaq, ibadətlərə diqqəti artırmaq, bir sözlə ramazanı həyatın dönüş nöqtəsinə çe virməklə bağlı bir çox məqamlara toxunur. Eyni zamanda hədis qaynaqlarına əsaslanaraq ramazanın hər gününə aid bir dua təqdim edir. İkinci hissədə isə “ramazan gecələrinin dəyərləndirilməsi”, “son on günün və Qədir gecəsinin fə ziləti”, “yol verilən xətalar” kim bir sıra mövzuları işıqlandırır. Müəllif bütün bu məsələlərə təmas et məklə sanki insanları müqəddəs ramazan günlərini vəsilə edib qüsurlardan, günahlardan təmizlənməyə, ibadətlərdə dərinləşib Allaha yaxın laşmağa, Onun rizasını qazanmağa çağırır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.