Yeni bir ulduz

24.06.2013 | 427 dəfə baxılıb.

Xüsusilə, yəhudi alimləri arasında geniş yayılmış bir fikrə görə, axırzaman peyğəmbərinin doğulmasına az qalmışdı və bunu xəbər verəcək ulduz da çıxmaq üzrə idi. Onsuz da uzun müddətdi səmada, sanki, atəşfəşanlıq başlamışdı: axan ulduzlar səmada qövs əmələ gətirirdi. Əvvəllər bu qədər ulduz sürüşməsi görünməmişdi və həmin gecədən sonra bir daha da görünməyəcəkdi. Çünki ulduzlar şeytani düşüncələrin xəbər mənbələrinə sanki güllə kimi yağırdı, Ona və Onunla gələcək həqiqətlərə zərər verilməsinin qarşısını alırdı. Həmin günə qədər Hicazda geniş yayılmış kahinlik bundan sonra vəhylə qarışdırılmaması üçün sona çatacaq və kahinlərə gələn xəbərlər birdəfəlik kəsiləcəkdi. Çünki O, kahinləri də, kahinliyi də aradan qaldırmaq üçün gəlirdi.
O gün Məkkədə olan bir yəhudi taciri səhər açılar-açılmaz Qureyşdən soruşur:
− Ey Qureyş camaatı! Bu gecə sizlərdən kimin övladı dünyaya gəlib?
Hələ heç kimin xəbəri yox idi və:
− Vallah, xəbərimiz yoxdur, bilmirik, − deyirlər.
Yəhudi tacir əvvəlcə təkbir gətirir və ardınca bu sözləri deyir:
− Bir səhviniz var, gedin yaxşı baxın və dediklərimi də yaxşı yadınızda saxlayın. Bu gecə ümmətin son Peyğəmbəri Əhməd doğuldu. Yaxşı baxın, əgər O, burada deyilsə, Fələstindədir. Kürəklərinin arasında qara ilə sarının qarışığı rəngində tüklərlə örtülmüş peyğəmbərlik möhürü var.
Məkkəlilər tacirin sözlərindən heyrətə gəlirlər. Təəccüblə bir-birinin üzünə baxırlar: hələ belə bir doğum xəbərini eşitməmişdilər. Həmişəki kimi bu izdiham da dağılmış və hər kəs öz arvad-uşağının yanına getmişdi. Çox keçmədən hər kəs o gecə Abdulmuttalibin bir nəvəsi doğulduğunu və adını da Məhəmməd qoyduğunu eşidir. Daha qəribəsi o idi ki, yəhudinin təsvir etdiyi kimi, bu körpənin kürəyində möhür var idi.
Məsələdən xəbər tutanlar həmin yəhudinin yanına gəlirlər. Onlar:
− Sən bizim aramızda bir uşağın doğulduğunu demişdin ha, − deyirlər. Yəhudi:
− Mən sizə xəbər verəndən sonra doğuldu, yoxsa əvvəl? − deyə həyəcanla soruşur.
− Əvvəl, − cavabını verirlər.
Xəbərdən həyəcanlanan yəhudi onlara dərhal uşağın yanına getmək istədiyini bildirir. Hz. Əminənin yanına gəlib körpə Məhəmmədin iki kürəyi arasındakı möhürü görən yəhudinin ürəyi gedir. Özünə gələndə:
− Vay yazıq! Sənə nə oldu? − deyə soruşurlar. O, bunları söyləyir:
− Artıq peyğəmbərlik İsrailoğullarının əlindən çıxmışdır. Bu, belə yazılmışdır. Artıq peyğəmbərliyin bərəkəti ərəblərindir. Sevinin, ey Qureyşlilər! Çünki O, sizinlə birlikdə elə bir güc əldə edəcək ki, Onun xəbəri Qərblə Şərqin arasını tutacaq.
Buna bənzər bir hadisə də Mədinədə yaşanır. O vaxtlar səkkiz yaşında olan məşhur şair Hassan ibn Sabit illər sonra ogünkü həyəcanını dilə gətirəcəkdi:
− Mən həmin vaxt yeddi-səkkiz yaşlarında idim və eşitdiyim hər şeyi başa düşürdüm. Yəsrib qalalarının birinin üstündə bir müdrik yəhudi qışqırırdı:
− Ey Yəsrib camaatı! Ey Yəsrib camaatı!
Onun təlaşı hamını çaşdırmışdı. Aydın idi ki, ya mühüm bir hadisə baş vermiş, ya da onları böyük təhlükə gözləyirdi. Çox keçməmiş:
− Nədir bu təlaşın? Sənə nə olub? − deyərək ətrafına yığışdılar. Yanına yığışanlara belə deyirdi:
− Bu gecə dünyaya gələn Əhmədin ulduzu doğdu.

“KÖNÜL TAXTIMIZIN BƏNZƏRSİZ SULTANI PEYĞƏMBƏRİMİZ sallallahu əleyhi və səlləm” kitabından
. İbn Sa’d, Tabakat, 1/162, 163

. Kastallani, Mevahib, 1/122

Tarix :7 Dekabr 2010

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!