Yaddaşı nə cür gücləndirə bilərik?

06.02.2017 | 394 dəfə baxılıb.

Hafizəni zəiflədən şeylər olduğu kimi onu gücləndirən səbəblər də vardır. Xüsusilə, rejimli həyat, prinsipial işləmək, sistemli düşünmək və beyni daima işlətmək kimi amillər hafizənin qüvvətlənməsində vacib rol oynayır. Mütəxəssislər: “Çox işləmək beyni yorur” fikrini düzgün hesab etmir. Beyin yorğunluğunun səbəbi çox işləmək deyil, yanlış istifadə və ya istifadəsizlikdir. Bəli, beyin çox çalışmaqdan yorulmur, əksinə işlədikcə itiliyini, səmərəliliyini artırır. Beyni yoran və kütləşdirən işləmək yox, boş-bekar durmaq, düşünməmək, təfəkkür etməmək və bekar qalmaqdır. İstifadə olunmayan orqanlar passivləşdiyi, işlən­mə­yən kotan pas atdığı kimi, hafizə də düzgün istiqamətdə işlə­dilməyəndə kütləşir.
Əfsuslar olsun ki, gündən-günə inkişaf edən texnologi­ya­ insan beyninin işini müəyyən qədər azaldır. Bu günün tə­lə­bələri hesablayıcı maşınlara və kompyuterlərə arxayın olub vur­ma cədvəlini belə əzbərləməyə ehtiyac görmürlər. Bu hazıra nazirlikdən irəli gələn tənbəllik də beyin şöbələrinin ak­tiv­ləşməsini əngəlləyir. Bəli, insan mütləq texnoloji imkanlardan yararlanmalı, ancaq tarazlığı pozmamağa çalışmalıdır. Məsələn, hafizə kütləşməsin deyə sadə işlərdə kompyuterdən istifadə etməmək daha məqsədəuyğundur. Kompyuter hafizənin işini asanlaşdırmaqla yanaşı, elə proqramlaşdırılmalıdır ki, beyni məşq etdirsin. Kompyuterdən alternativ beyin kimi istifadə olunmalıdır. Özümüzü kompyuterə əmanət etməməliyik. İnsan əzbərləməkdən çox öyrənməyə önəm verməli və daha çox bu istiqamətə yönəlməlidir. Lakin bəzi əhəmiyyətli mətnləri əzbərləmək də zehni məşq etdirmək baxımından çox faydalıdır.
Digər tərəfdən, mütəxəssislər bəzi qidaların beynin işinə birbaşa təsir göstərdiyini də qeyd edirlər. Məsələn, səhər yeməyi beynin fəaliyyətinə müsbət təsir göstərir, səhər yeməyi yeməyən insanlarda isə diqqət dağınıqlığı meydana gəlir. Unutqanlığı azaltmaq və hafizəni qüvvətləndirmək üçün tərkibində beynin əsas qida maddəsi – qlükoza olan kişmiş kimi qidaların qəbulunu məsləhət görürlər. (“Suallarla mənəviyyatımıza açılan pəncərələr -3”)

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!