Xoşbəxt bir yuva üçün

13.06.2013 | 4.699 dəfə baxılıb.
xosbext_bir_yuva_ucun
  • Müəllif: Sümeyra Irmak
  • Səhifə: 151
  • Ölçü: 14x21
  • Çap tarixi: məlumat daxil edilməyib
  • ISBN: 978-9952-439-26-7
  • məlumat daxil edilməyib | PDF
  • Qiyməti: 3.00 AZN

“Xoşbəxt bir yuva üçün” kitabı müəllifinin səmimiliyi ilə seçilən və oxucunu fədakar olmağa səsləyən bir əsər kimi diqqəti cəlb edir. “Xoşbəxt yuvanın məhək daşları”, “Səadət sirləri”, ”Beş sevgi dili”, “Uşaq tərbiyəsi”, “İşləyən ananın problemləri”, “Bölüşməyi bacarmalıyıq”, “ Uşaqlarda məktəb dövrü”, “Əhvalınızı pozmayın” və digər başlıqlar altında müəllif ailə mövzusunda öz müşahidələrini oxucularla bölüşərək ailələrə problemlərin həllində sanki bələdçilik edir. Əsərdə “İncisək də incitməyək”, “Vəfasızlara qarşı belə vəfalı olaq” fikri əsas hədəf kimi götürülmüş və ailə xoşbəxtliyinə nail olmaq üçün üzərimizə düşən məsuliyyəti dərk etməyin vacibliyi göstərilir, bu yolda hər kəs ilk növbədə özündən başlamağa çağrılır. Bu mənada müəllifin bir qadın olaraq “yuvanı dişi quş tikər” fikrini vurğulaması da, bizcə, bu fədakarlığın sübutu və məsuliyyəti dərk etmənin göstəricisi kimi qəbul edilə bilər. Əsər, xüsusilə, gənc ailələrdə ata-ana-övlad münasibətlərinin düzgün tənzimlənməsinə, formalaşmasına yardımçı olacaqdır.

məlumat daxil edilməyib

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!