XI Bakı Kitab Bayramı Milli Kulturoloji Layihəsi çərçivəsində qaliblər mükafatlandırılıb

21.06.2013 | 2.551 dəfə baxılıb.

Mayın 27-də M.F.Axundov adına Milli Kitabxanada XI Bakı Kitab Bayramı Milli Kulturoloji Layihənin əsas mərasimi – sərgi, ədəbi-mədəni ictimaiyyətin görüşü və mükafatlandırma mərasimi keçirilib.
ANN.Az-ın verdiyi xəbərə görə, Yeni Yazarlar və Sənətçilər Qurumunun təşkilatçılığı keçirilən tədbir “Yeni oxu mədəniyyətinə yiyələnək!” devizi altında keçirilib. Sərgidə Turizm İlinə həsr olunmuş ekspozisiya, www.kitabxana.net Milli Virtual – elektron kitabxanaya həsr olunmuş xüsusi təqdimat, uşaq ədəbiyyatına, gənc yazarların kitablarına, elektron nəşrlərə, Qarabağa və başqa mövzulara aid xüsusi guşələr həsr edilib.
Ədəbi-mədəni ictimaiyyətin – yazarların, naşirlərin, jurnalistlərin, tələbələrin, ədəbiyyatsevər oxucuların iştirakçısı olduğu sərginin və XI Bakı Kitab Bayramı – Azərbaycanda İllik Milli Kulturoloji mükafatların təqdimat mərasimində Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, yazıçı-kulturoloq Aydın Xan (Əbilov), M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov, eləcə də rəsmi dövlət qurumlarının nümayəndələri, AR Gənclər və İdman, AR Mədəniyyət və Turizm Nazirliklərinin, Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri və başqa qonaqlar çıxış edib təbriklərini çatdırıblar.
Daha sonra 2010-cu ilin ayrı-ayrı nominasiyaları arasında dəyərli mədəniyyət, ədəbiyyat, kitab-nəşr məhsulları sahiblərinin – Milli Kulturoloji Mükafat qaliblərinin adları açıqlanıb, fərqlənənlərə XI Bakı Kitab Bayramının qiymətli planşeti və hədiyyələri verilib.
XI Bakı Kitab Bayramı Layihəsi çərçivəsində Milli Kulturoloji Mükafatın 2010-ci il üzrə müxtəlif nominasiyalarda qalibləri bunlardır: “2010-cu ilin Mədəniyyət Qurumu” – “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi, “2010-cu ilin Nəşriyyatı” – “Hədəf Nəşrləri MMC”, nəşriyyatın təsisçi Şəmil Sadiq, “2010-cu ilin Uşaq kitabı” – Solmaz Amanovanın “Gəncə xəzinəsi” və “Xurcun” kitabları, “2010-cu ilin Gənclərə ünvanlanmış kitabı” – Osman Nuri Topbaşın “Haqqa həsr olunmuş Gənclik”, “2010-cu ilin Biblioqrafik kitabı” – Rəşid Haylamazın ikicildlik “Könül taxtımızın bənzərsiz sultanı: Peyğəmbərimiz” nəşri. “2010-cu ilin Ədəbi portalı” – www.rasulrza.musigi-dunya.az İnternet ünvanlı ədəbi-poetik sayt seçilib.
“2010-cu ilin Elmi kitabı” – İsa Həbibbəylinin “Cəlil Məmmədquluzadə mühiti və müasirləri” elmi-monoqrafik əsəri, “2010-cu ilin Satira və yumor kitabı” – “Ərgünəş” nəşriyyatının direktoru Oqtay Əliyevin “Təzadlı dünya”sı, “2010-cu ilin Tarixi-publisistik kitabı” – Qənirə Paşayevanın üçcildlik “Tarixə adını yazan qadınlar”ı, “2010-cu ilin İncəsənət kitabı” – Vidadi Məmmədovun Azərbaycan, rus və ingiliscə “Azərbaycan xalçaları: Qarabağ qrupu” albom-tədqiqatı olub. “2010-cu ilin Bədii romanı” – Şövkət Zərin Horovlunun “Arazdan gələn səs” əsəri, “2010-cu ilin Qadın yazarı” – Gülşən Behbudlu “Qarabağın qarabəxtliləri” kitabına görə, “2010-cu ilin Ədəbi-ilahiyyat kitabı” – İmam Nəvəvinin “Riyazus Salehin” müxtəsər kitabı seçilib. “2010-cu ilin Musiqi-sənət kitabı” – professor Tariyel Məmmədovun “Karaoke” və “ Yüz şairin yüz şeri” antologiyaları, “2010-cu ilin Araşdırma-sənədli kitabı” – Şöhrət Səlimbəyli və Məhəmməd Dostunun müştərək “Terrorizm: qan çiləyən torpaqlar” əsəri, “2010-cu ilin Poeziya kitabı” – Simuzər Nüsrətbəylinin “Kitab, kitab, kitab…” poetik toplusu olaraq müəyyənləşdirilib. “2010-cu ilin Detektiv kitabı” – Müşfiq Xanın “Tənha canavar”, “2010-cu ilin Elmi-kütləvi kitabı” Arif Sarsılmazın “110 sualda Yaradılış və Təkamül” araşdırması, “2010-cu ilin Filoloji-elmi kitabı” İsaxan İsaxanlının “Şeir gülüstanının təkrarolunmaz çiçəyi: Sergey Yesenin” araşdırmasıdır. “2010-cu ilin Nəşrlər və mətbuat yayımı firması” “Qaya” Mətbuat Yayımı Firması, “2010-cu ilin Şeirlər kitabı” Zərifənin “Ülviyyət yuvası” poetik toplusu, “2010-cu ilin Bədii nəsr kitabı” Qənbər Şəmşiroğlunun “Tale oxşarlığı” povestlər və hekayələr kitabı seçilib. “2010-cu ilin Dərs vəsaiti kitabı” Şəmil Sadiqin “Azərbaycan dili”, “2010-cu ilin ədəbi uğuru” Nailə İbrahimovanın “Ürəklə söhbət”i, “2010-cu ilin Modern yazarı” Nicat Qafuroğlu, “2010-cu ilin Yeni nəsil yazarı” Nurlan Quliyeva, “2010-cu ilin Rusca bədii kitabı” Bəxtiyar Məmmədovun “Svyatoy qreşnik” – “Müqəddəs günahkar” əsəri “2010-cu ilin Dərslik kitabı” Knyaz Aslanın “Dünya kitabxanaları tarixi” dərsliyidir. “2010-cu ilin Esselər kitabı” Yusif Kərimovun “Əbədiyyət yolu”, “2010-cu ilin Jurnalı” “Azerimobile” dərgisi (Baş redaktor yazıçı-publisist Günel Anarqızı), “2010-cu ilin Bədii tərcümə kitabı” Orxan Pamukun “Yeni həyat” və “Bəyaz qala” romanları Fərid Hüseynin tərcüməsində, “2010-cu ilin Kitabxanası” M.F.Axundov adına Milli Kitabxana, “2010-cu ilin Elektron kitabxanası” isə www.kitabxana.net İnternet ünvanlı Milli Virtual Kitabxanadır.
28.05.2011 525-ci qəzet
Tarix :3 İyun 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!