UŞAQLARIN YANINDA SƏVİYYƏLİ MÜBAHİSƏ EDİN

22.07.2013 | 1.790 dəfə baxılıb.

Uşaqların yanında mübahisə edin. 

Uşaqların yanında mübahisə edin. “Uşaqlar eşitməsin” adlanan bir ənənə bizim mədəniyyətimizə aid deyildir. Ənənəvi həyat tərzimizə görə ailədə bir hökm sahibi ata və ona itaət edən bir ana var. Ona görə də ana və atalar mübahisələrini, daha doğrusu, fikir mübadiləsini uşaqların yanında, qarşılıqlı hörmət çərçivəsində, səviyyəli  şəkildə etməlidirlər ki, “qarşılıqlı hörmət” modelini övladları görsün.

Əgər valideynlər örtülü qapının arxasında səs-küylə mübahisə etsələr, uşaqlar ətrafda gördükləri və eşitdikləri pis örnəklər səbəbilə bu hadisələri yanlış və mənfi qiymətləndirə bilərlər. Evdə problem olduğunu düşünüb narahat olarlar. Yetkinləşmə dövründə və gələcəkdə “zənn etdikləri” bu davranışları təqlid edərlər.

Yaxşı bəs sizcə, evdə nələr baş verdi?

Səslər yüksəldi, pis sözlər deyildi, təhqirlər edildi. Və təhdidlər…

Bəzən daha da gərginləşən mübahisələr nəticəsində vəkil tutma söhbətləri gedir. Zorakılıq halları üçün şərait yaranır.

Amma görəsən, necə? Bu cür problemlərin yaşanan evdə necə uşaq yetişdirmək olar? Məsələnin mahiyyəti məhz bundadır:

Uşaqlar evdə valideynlərinin fikir mübadiləsini, haqlı olanın haqqını tələb etmə və haqsızın haqsız olduğunu bilib etiraf etmə ədəbini görəcəklər. Beləcə övladlar dialoq və münasibətlərlə bağlı problemləri necə həll etməyi əyani şəkildə görüb öyrənəcəklər. Bu isə cəmiyyətin mənəvi zənginliyi deməkdir.

İnsanlar 16 yaşına qədər davranışları təqlid edərək öyrənirlər. Bu yaşdan sonra öyrəndiklərini süzgəcdən keçirməyə başlayırlar. Əgər bunu evdəkilərdən  öyrənməsə, kənarda öyrənməyə başlayar ki, fırıldaqçılıq, şantaj və təhdidi münasibət qurma vasitəsi kimi mənimsəyən ki, bunun nəticəsi də məlumdur. Cəmiyyətimizə nəzər saldıqda bunu anlamaq o qədər də çətin deyil.

Fransada yaşadığım üçün nümunəni Paris küçələrindən vermək istəyirəm. Deyək ki, iki fransız sürücüsünün mübahisəsinə şahid oldunuz. Əvvəlcə sizə elə gələcək bir-birinin üstünə çox qışqırdıqlarına görə dalaşacaqlar. Ancaq onlar bir-birinə vurmağı heç ağıllarından belə keçirmirlər.

Deyək ki, biri fransız, digəri isə Türk… Fransız qışqırmağa başladı və yaxınlaşdı. Nəticənin necə olacağını deyə bilərsiniz?

Bəli, düz bildiniz.

Fransız yerdə və çaşqın halda… O, belə bir şeyi düşünmürdü. “Nə oldu, xeyir ola?“ – deyə düşünməklə yanaşı, ulduzları da saymağı unutmur, təbii ki…

Nəticə, özümüzü nöqsansız hesab edirik, tənqiddən, daha doğrusu tənqid edilməkdən xoşumuz gəlmir. Ən əhəmiyyətlisi döyüşkən millətik.

Avropalılar necə deyib: “Türk kimi güclü!“

Kaş ki: “Türk kimi ağıllı!” – deyəydilər.

Deyiblər əslində!

Nəyi?

“Türk kimi nəcabətli, alicənab ol!”

Bu sözü bir fransız demişdi.

“Biz ata-babalarınız osmanlılara belə deyərdik, amma artıq demirik”.

“Niyə axı?”

“Çünki sizi gördük”.

“Biz kimik?”

“1970-ci ildən sonra gələnlər…“

Uşaqlar tərbiyəni, nəzakəti, fəziləti əvvəlcə valideynlərində görürlər. Onlar mübahisə zamanı hörmət etməyi, qarşılıqlı anlayışı, alicənablığı öyrənirlər. Haqlı olanın haqqını necə tələb etdiyini, haqsız olanın isə haqsız olduğunu necə etiraf etdiyini müşahidə edirlər.

  “Evdəki rənglər” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!