Telefonla danışma qaydaları

22.07.2013 | 1.590 dəfə baxılıb.

“Danışma qaydaları” sözünü xüsusi seçdim. Bu başlıq kitabı, “fərdi inkişaf” məzmunlu kitaba bənzətdi. Kürsüdə çıxış etməyin altı qızıl qaydası, stressə qalib gəlməyin on üç brilliant yolu. Qorxunu üstələməyin on yeddi portağal qaydası… Qoyun rahat yaşayaq! Niyə üstələyim axı?… Onlarla yaşamaq, həyəcan, qorxu duymaq, insanın yemə, içmə, yatma kimi həm ehtiyacları, həm də zövqləri deyildir? Nə istəyirsiniz xalqın stressindən? Qorxusundan kürsüdə neçə insan çıxış edir axı? İbtidai məktəb müəllimindən, ya da məscid imamından yaxşı çıxış edəcəksən?

Kürsüdə mütləq danışmaq lazımdır? “Oskar” mükafat laureatlarını görmürsünüzmü ki, iki kəlmə kəsə bilmirlər, ancaq cəmiyyət onların danışıqlarına deyil, əsərlərinə qiymət verir. Onlar da saatlarla danışan insanlardan daha maraqlı məlumatlar verməyi bacarırlar..

Mənəvi-psxoljoji inkişaf sahəsi üzrə mütəxəssislərə baxın. Bu yaxınlarda biri öz yoldaşından boşandı. Necədir, yaxşıdı? Seminarlarda: “Konstruktiv olun, pozitiv olun!” – deyirlər, sonra da öz həyat yoldaşları ilə yola gedə bilmirlər.

Dədə-babalarımız həyat yoldaşları ilə normal münasibəti olmayanları müdrik hesab etməmişlər. Öyüdlərinizi müdriklərdən və sağlam dostluq qura bilən insanlardan almalısınız. “Stressi üstələyin, kürsüdən istifadə etməyi bacarın, içinizdəki adamı oyadın,” – deyənlərin özləri ilə problemlərinin olduğunu, kürsüdən heç də yaxşı istifadə etmədiklərini görəcəksiniz.

Özünü problemli görənlər cəmiyyəti də o cür görür. Xüsusilə, Türkiyədə yaxşı mövqeyə yüksəlmiş, tanınmış, yaxşı təhsil almış, özünü təsdiq etmiş insanların motivasiya seminarlarını doldurması, sonra burada: ”Haydı, içimizdəki aslanı oyandıraq!”–deyə qışqıran insanları dinləyib həyəcanlanması, zənnimcə, bizə xas bir şeydir.

Yenidən qayıdaq telefonla görüşmə qaydalarına.

Qaydası, filanı yoxdur.

Eqoist bir adamsınız, mən sizə: “Zəng elədiyiniz adama əvvəlcə özünüzü tanıdın,” – desəm, bunu bir iki dəfə edərsiniz, sonra yenə: “Alo filankəs oradadırmı?” – deyə özünüzü təqdim etmədən sözə başlayarsınız. Mənim yanaşma üsulum “bünövrədən başlamaq” məntiqinə görədir.

Evnizə zəng edəndə övladınız götürsə, əvvəlcə özünüzü ona təqdim edin. Dəstəyi qoyarkən də “Məni səbirlə dinlədiyin üçün, mənə vaxt ayırdığın üçün təşəkkür edirəm”   və s. deyib qoyun. Müştərinizə, müdirinizə qarşı göstərdiyiniz həssaslığı uşağınıza qarşı da göstərin. Bundan başqa zəng etdiyiniz adamdan:“Məni tanıdınmı?”– deyə soruşmayın. O, sizi tanımaya bilər, buna görə onu utandırmayın.

Ətrafınızdakılara həssas davranmaq örnək olmağın ən qısa yoludur. Əsas odur ki, örnək olasınız. Örnək ola bilmirsinizsə, onda onlara, Yunusları, Mövlanələri, Zübeyrləri, Mehmet Özyurdları misal çəkin, onların ədəb-ərkanlarından danışın. Ədəb-ərkanları ilə diqqəti cəlb edən şəxsləri, böyükləri örnək verməyə çalışın. Həmin insanlardan nümunə gətirdikdən sonra uşaqlarınızın məhz o insanlar kimi ola biləcəyinə inandırın.

Qayıdaq telefon məsələsinə. Əvvəlcə özümüzü təqdim etdik. Danşarkən ağzınızda heç nə olmamalıdır. Dişinizi təmizləyin. Telefonu başınızla çiyninizin arasında tutmayın. Mən bunların çoxunu 1970-ci illərdən əvvəl öyrənmişdim. Anam poçt müdiri işləyirdi. “Ağzınıza nəsə alıb danışmaq qarşı tərəfə hörmətsizlik mənasına gəlir. Birisini təhqir etmək istəyirsinizsə, belə edin,” – deyərdi.

Ayaq üstə və ya gəzə-gəzə telefonla danışmayın ki, səs tonunuz dəyişdiyinə görə müsahibiniz sizin haqqınızda başqa şey düşünər. Əliniz nəmdirsə, dəstəyi tutmayın, səsinizin ritmini bu da poza bilər. Sükan arxasında olarkən həm təhlükəsizliyiniz, həm də özünüz üçün qulaqlıqla danışmalı, maşında musiqini söndürməlisiniz. Maşının şüşəsini açın. Arxanızdakı şüşə ilə yan şüşə dörd santimetr aralı olmalıdır.

Sükan arxasında telefonla danışmaq maşınınızda hər bir halda təhlükəlidir. Diqqətinizi başqa yerə yönəltdiyimiz üçün, yola olan diqqətiniz azalacağı üçün nəticədə qəza ola bilər.

Telefonda boğazınızı arıtlamamalı, yavaş danışmalı, söhbət üçün “e-mail”, ya da “MSN”-dən istifadə etməlisiniz. Unutmayın ki, hazırki texnologiya sizin görüntünüzü çox dəqiq vermədiyi üçün imicinizi bu cihazlara həvalə etməlisiniz.

Telefonda danışarkən müsahibinizi diqqətlə dinlədiyinizi hiss etdirməli, qarşı tərəfin “ordasınız?” deyə soruşmasına imkan verməməlisiniz.

İstanbulda işlədiyim şirkətdə marketinq müdiri olan bir dostum vardı.

– Sabah görüşüm var, – dedi. Kiminlə olduğunu soruşdum.

– Bir firmanın müdri ilə, – dedi və sonra aramızda belə bir söhbət oldu:

– Nə görüşü?

– Bir-birimizi təhqir etdik.

– Necə yəni? Başa düşə bilmədim.

– Mənim ona lağ etdiyimi, kinayəli səs tonu ilə danışdığımı zənn edib məni təhqir etdi.

– Sonra nə oldu?

– Mübahisə gərginləşdi. “Sabah sahildə görüşüb məsləmizi həll edərik”– dedi.

– Həqiqətən, məsxərəyə qoyurdun?

– Xeyr. Danışa-danışa şəkər yeyirdim.

Məsələ aydın olmuşdu. Səslərin qarışması, həmsöhbətini narahat etmişdi; bu da ağır nəticələrə səbəb ola bilərdi. Məsələni bir təhər həll etdim, amma “Bir daha ağzında bir şey ola-ola danışma“ deyə tənbeh etməkdən də çəkinmədim.

Qarşı tərəfə inam, etibar aşılamaq, gözəl danışmaq, səhvə yol verməmək üçün xoş danışmalısınız. Bank işçiləri bu işi yaxşı bilirlər, onlardan örnək götürə bilərsiniz.

Onlar sizinlə daima ehtirama xas səs tonu ilə və sizi anlamağa çalışaraq danışırlar. Bu mövzuda bank işçiləri peşəkardır.

Zəng etdiyiniz vaxt avtomatik cavaba düşərsə, məsələni danışmaq yerinə özünüzü təqdim etmək kifayətdir. Sizi axtaranlara: “Sizə məlumat verəcəyəm,” – deyəndə və ya kimsə telefona mesaj qoyanda mütləq yenidən zəng etməlisiniz. Bu, qarşı tərəfə dəyər verdiyinizi göstərir.

“Laqeyid, nəzakətsiz və kobud insanlarla necə rəftar edirsiniz?“ – deyə sizdən soruşsalar, siz də belə cavablar verərsiniz:

– Qeyd yazıb qoydum. “Sizə zəng edəcəyəm,“ – dedi, zəng etmədi. “Məlumat verəcəyəm,“ – dedi, vermədi.

– Qapını çırpıb çıxdı.

– Yolda ikən mənə hörmətsizlik etdi.

– Yerə tüpürdü, siqaretini maşından çölə atdı.

– İctimai yerlərdə bərkdən danışaraq güldü.

 – Kinoteatrın girişində qapını tutmadı, qapı üzümə çırpıldı. Kinoteatrda ayaqqabılarını çıxardı və tum çırtladı.

Görürsünüz, zəng edən adama zəng etməməklə haralara daxil olursunuz. Seçim sizindir…

“Evdəki rənglər” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!