SUALLARA VƏ SUAL VERƏNƏ GÜLMƏYIN!

22.07.2013 | 2.049 dəfə baxılıb.

Kim olursa-olsun, sizə məntiqsiz də gəlsə, verilən suala gülməyin.Şagirdlər, müəllimlər, ana-atalar, övladlar – heç kəs istəməz ki, ona gülsünlər.

Kitab mağazalarında ən çox alınan kitablarla maraqlanarkən belə bir qənaətə gəldim:

Cəmiyyətdə özünü tanıtmaq, insanların qarşısında nitq söyləmək, kürsüyə çıxanda həyəcanlanmamaq.

Nə üçün?

Çünki xəta etməyi bağışlamarıq.

Heç kim “Verdiyi suala bax!” kimi bir münasibətlə qarşılaşmaq istəməz.

 Cəmiyyətimizdə bir çox cinayətin səbəbi haqqında polisin qeydləri “Sevgilimin yanında mənə güldü, mən də özümə sığışdıra bilmədim“. Belə cinayətlər az deyil!

Üstəlik belə deyənlərin sayı çoxdur.

Ən böyük xətanı kim edir?

Pedaqoji metodikası zəif olan bəzi müəllimlər, qeyri-tolerant və təhsil almamış ana-atalar…

Uşaqların verdiyi sualları çox vaxt mənasız qəbul edirik. Sual verəndə də çox vaxt ya onları susdurur, ya da gülürük. Bununla da onlara ikiqat zərər veririk. Onlar da eyni şeyi təkrarlayacaq, kimisə verdiyi suala görə ittiham edəcək və bir daha heç kimə sual verməyəcək.

Sual vermək özünəinamla bağlı bir məsələdir. Özünə inamı olan insanlar rahat şəkildə sual verir, özlərini cəmiyyətdə asanlıqla tanıdırlar.

Uşaqlara bəsit suallar verməklə onların təfəkkürünü inkişaf etdirmək və özünəinam duyğusunu gücləndirmək olar. Bunun üçün ona bildiyi mövzuda sual verməlisiniz. “Adın nədir, neçə yaşın var ?“ və s. kimi suallardan sonra əlindəki oyuncaq haqqında suallar vermək olar.

Özünəinam duyğusunu inkişaf etdirmək üçün ilk növbədə ünsiyyət qurmaq lazımdır. Anası otağı səliqə-sahmana salanda: “Bunu hara qoysaq, yaxşı olar, övladım?” – deyərək məsləhət almaqla uşağını sevindirər.

Müraciət etdiyiniz şəxsin fikri, təklifi və cavabı sizə çox bəsit gəlsə də, heç vaxt əhəmiyyətsiz görməyin və ona gülməyin. Sizi dəyərli edən şey də məhz tərəfmüqabilinizə əhəmiyyət verməyinizdir. Məsləhət aldığınız yoldaşınız, uşağınız, tələbəniz, işçiniz özünü sizin yanınızda çox dəyərli hiss edəcəkdir. Bunu yadınızdan çıxarmayın.

Cəmiyyətə ən çox bu insanlar fayda verirlər və müsbət enerji təlqin edirlər.

“Evdəki rənglər” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!