Sual və Cavablarla Oruc (Mükafatı Allaha aid olan ibadət)

17.06.2013 | 2.290 dəfə baxılıb.
sual_ve_cavablarla_oruc
  • Müəllif: Serdar Güler
  • Səhifə: 176
  • Ölçü: 13,5x21
  • Çap tarixi: məlumat daxil edilməyib
  • ISBN: 978-9952-439-58-8
  • məlumat daxil edilməyib | PDF
  • Qiyməti: Satışda yoxdur.

Bu kitabda fərz ibadətlərindən biri olan orucun mahiyyəti, məzmunu, mənəvi və fiqhi yönləri ətraflı şəkildə araşdırılmış, zəruri məsələlər detalları ilə şərh edilmiş­dir. Qurani-Kərim, Hədis və böyük alimlərin ictihadları işığında təqdim edilən materiallar hər bir müsəlman üçün böyük əhəmiyyət kəsb edir. Kitabda orucun, demək olar, bütün dinlərdə mövcudluğundan, şəkillərindən, mənəvi, ictimai və tibbi faydalarından, növlərindən, fəzilət və savabından, iftar və sahur ədəbindən, kimlərə fərz olmasından, kimlərə fərz olmamasından, orucu pozan və pozmayan hallardan, yalnız qəza və ya qəza və kəffarə tələb edən hallar və s. bir çox məsələlərdən söz açılır. Sual-cavab şəklində qurulan sonuncu bölümdə isə bu gün üçün aktual olan məsələlərə aydınlıq gətirilir.

Oruc nədir? Dinimizin oruca verdiyi dəyər. Orucun fiziki, mənəvi və ictimai faydaları. Orucun daxili anlamı haqqında. Fərz, nafilə, qadağan edilən oruclar.

Oruc yalnız yemə-içmədən uzaq durmaq deməkdir? Göz, dil, qulaq orucu necə tutulur? Ən məqbul oruc hansı orucdur? Kimlər oruc mükəlləfiyyətindən azaddır? Bütün xəstələr oruc tutmaya bilər? Orucu pozan və pozmayan hallar. Peyvənd və iynə vurdurmaq orucu pozurmu? Orucun orqanizmə zərəri varmı? Şəkər xəstələri oruc tuta bilər? Ürək narahatlığı olanlar oruc tutmalıdır? İftarda hansı xüsuslara diqqət yetirməliyik?

“Üç aylar” orucu varmı? Oruclunun ağız qoxusunun müşkdən gözəl olmasının səbəbi? Yalan, qeybət və harama baxmaq orucu pozurmu? Krem, dodaq boyası, zəy daşı, damcı dərman, vücuda çəkilən dərman, çiçək peyvəndi, saqqız, diş məcunu və müxtəlif ətirlər orucu pozurmu? Sahur, iftar, təravihlər, fidyə, etikaf və fitrələr… kitabda bu kimi sualların cavablarını öyrənəcəksiniz.

satışı qurtarıb

məlumat daxil edilməyib

Cəmi 4 şərh yazılıb.

  1. Şərh  Namiq    tərəfindən   16.08.2013  tarixində yazılıb.

    Bu kitabı hansı kitab mağazalarından əldə etmək olar? Maraqlı kitabdır.

  2. Şərh  Xəzər Nəşriyyat    tərəfindən   17.08.2013  tarixində yazılıb.

    Kitablarımız Bakı şəhərində Neptun , Rahat, Favorit marketlər şəbəkəsinin bir neçə şöbəsində satışdadır. Bunlardan əlavə olaraq Dəmiryolu Vağzalının qarşısında Xəzinə Kitabevində, Ali və Nino kitab mağazasında (Sahil) kitablarımızı əldə edə bilərsiniz.

  3. Şərh  Namiq    tərəfindən   23.09.2013  tarixində yazılıb.

    Qeyd etdiyiniz mağazaların bəzilərinə baxdım. Təəssuf ki, bu kitabı tapa bilmədim. Ola bilsin ki, tükənmişdir. Yenidən nəşr edilsəydi yaxşı olardı, insanlarımızın bu cür kitablara ehtiyacları var.

  4. Şərh  Xəzər Nəşriyyat    tərəfindən   23.09.2013  tarixində yazılıb.

    Bəli bu kitab təəssüf ki tükənib. Kitablarımız tələblər dəyərləndirilərək yenidən nəşredilir. Təklifinizə görə təşəkkür edirik.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!