Sirr Qapısı

18.06.2013 | 643 dəfə baxılıb.
sirr_qapisi
  • Müəllif: məlumat daxil edilməyib
  • Səhifə: 152
  • Ölçü: 14x21
  • Çap tarixi: 2008
  • ISBN: 978-9952-439-15-1
  • məlumat daxil edilməyib | PDF
  • Qiyməti: Satışda yoxdur.

Həyatımızı maddiyyatda görür, xoşbəxtliyimizi, gələcəyimizi madiyyatla ölçürük. Dörd yanımızın sirlərin ənginliyinə qərq olmasını unuduruq. Pup içində tırtıl kimi yaşayırıq. Bir gün bu pupu yırtıb kəpənək olacağımızı yaddan çıxarırıq. Gözlərimiz yalnız maddiyə açıq, könlümüz maddiyə tutqundur. Hər ötən gün qəlbimizdən və bizi məxluqatın əşrəfi etmiş sirlər aləmindən uzaqlaşırıq. Bəzən maddi meyarlarla kiçiltdiyimiz və yeknəsəq hala saldığımız həyatımıza ümid qapıları açılır. Maddiyyata köklənmiş ağlımızı heyrətləndirən, bir növ silkələyib qəflət yuxusundan oyadan sirr qapıları… Qəlbimizə bir işıq kimi doğan, onu işıqlandıran, bizi özümüzlə həyatın və kainatın ilahi gerçəkliyi ilə qovuşduran – Həqiqətə açılan sirr qapıları… Yer üzündə yaşayan hər bir insanın kiçik də olsa, bir sirr qapısı vardır. Amma onların çoxu maddiyyatçılıq psixologiyası ilə ört-basdır edilmişdir. Məhz bu hekayələrlə həmin qapını tapacaq, hikmət ümmanına baş vuracaq, o dəryanın incilərindən nəsibinizi alacaqsınız. Həyatın gurhagurundan, informasiya xaosundan bir anlıq rahat nəfəs almaq, işin-gücün çiyinlərinizi əzən ağırlığından uzaqlaşmaq, mənən yüngülləşmək, hadisələrin gedişatına başqa nəzərlə baxmaq istəyirsinizsə…

Bu hekayələr toplusu geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

məlumat daxil edilməyib

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!