Səni kürsüdən düşürməklə məşğuldur

29.06.2013 | 797 dəfə baxılıb.

İmam-Azam Əbu Hənifə həzrətləri gənclik dövrünü yaşayırdı. Bu zaman Bəsrəyə ticarət məqsədilə bir məcusi (atəşpərəst) tacir gəlmişdi. Bu məcusi: “Mən oda Allah deyə sitayiş edirəm. Gözümlə gördüyümə görə tapınıram. Siz sitayiş etdiyiniz Allahı mənə göstərin. Baxın heç göstərə bilmirsiniz. Olmadığına görə göstərə bilmirsiniz, alimlərinizi gətirin, sübut edim onlara,” – deyə iddia edirdi.

Xalq məcusiyə:

– Əbu Hənifəni məğlub edə bilsən, səni alimlərimizlə görüşdürərik, – dedi.

Əbu Hənifənin gənc bir oğlan olduğunu öyrənən məcusi:

– Mənim uşaqlarla işim yoxdur, – dedi, lakin camaat israr edib onu razı saldı. Ertəsi gün məsciddə görüşəcəkdilər.

Ertəsi gün görüş vaxtı çatanda məcusi kürsüyə keçdi, camaatda da məscidə toplaşıb Əbu Hənifəni gözləməyə başladı. Əbu Hənifə bir az gecikmişdi. Məcusi bunu fürsət bilərək:

– Gördünüz də! Sizin oğlan qorxdu, gəlmədi. Mənim uşaq-muşaqla işim yoxdur. Alimlərinizi gətirin, – dedi.

Məscidə yığılan insanlar da təşvişə düşmüşdü.

Bir azdan Əbu Hənifə qan-tər içində məscidə gəlib:

– Ağalar, bəylər gecikdiyimə görə üzr istəyirəm. Çayın o tayında idim. Bu taya keçmək üçün bir vasitə tapa bilmədim. Sahildəki ağaclara: “Ağaclar! Dərhal bir bərə olun, o biri sahilə keçim,” – dedim. Onlar da dərhal arzumu yerinə yetirdilər, mən də bu tərəfə keçdim. Buna görə gecikdim, üzr istəyirəm, – dedi.

Kürsüdəki məcusi bir qəhqəhə çəkdi:

– Eşitdinizmi, sizin dəliqanlı nə deyir?! Heç ağaclar da öz-özünə bərə ola bilərmi? – deyəndə gənc Əbu Hənifə:

– Ağaclar öz-özünə bərə ola bilmirsə, bu boyda kainat sənətkarsız, öz-özünə yarana bilərmi? – deyə cavab verdi.

Xalq sevinc içində təkbir gətirdi. Məcusi kürsüdən:

– Yaxşı, bəs sizin Allahınız niyə görünmür? Var olan görünər, yoxdur ki, görünsün, – deyəndə Əbu Hənifə məcusiyə:

– Sizin ağlınız varmı? – deyə soruşdu.

Məcusi:

– Əlbəttə ki, var, – deyəndə Əbu Hənifə:

– Göstərin mənə, görüm, – dedi.

Məcusi:

– Onu göstərə bilmərəm, – deyəndə Əbu Hənifə:

– Əcəba yoxdur? – dedi. Ruh, ağıl və buna bənzər şeylərin də varlığı məlumdur, amma onları göstərmək mümkün deyildir. Deməli, mövcüd olan varlığın görünməməsi onun yoxluğuna dəlalət etmir.

Onun bu sözlərinin ardından camaat təkrar təkbir gətirdi. Məcusi əsəbiləşmişdi. Bu dəfə də:

– Sizin Allahınız hal-hazırda nə ilə məşğuldur? – deyə soruşdu. Əbu Hənifə:

– Sən kürsüdən düş, mən ora çıxım. Sonra cavab verim, – dedi.

Kürsüyə çıxan Əbu Hənifə:

– Hal-hazırda Allah sənin kimi bir cahili kürsüdən endirib, mənim kimi bir uşağı aləmə ibrət olsun deyə kürsüyə çıxarmaqla məşğudur, – dedi.

Məcusi Əbu Hənifənin parlaq zəkası qarşısında məğlub olmuşdu. Ona təşəkkür etdi və elə oradaca kəlmeyi-şəhadət gətirib təkbirlərin müşayəti ilə müsəlman oldu.

“Gəncin yol rəhbəri 1” kitabından

Tarix :19 Sentyabr 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!