“SƏN MƏNİ HEÇ NƏ SAYIRSAN ! ”

22.07.2013 | 1.083 dəfə baxılıb.

Ər və arvad bir-birinin keçmişini ən incə detallarına qədər bilməlidir. Çünki ər və arvadın xarakteri keçmiş adlanan dərin dərələrdə formalaşır.

Elxan və Fəridə, 8 illik ailə həyatlarının ən pis günlərini yaşayırdı. Hər ikisi də çox bədbəxt idi. Niyə bu işə girmişdilər? Əslində ikisinin də bu mövzuda müəyyən fikri yox idi.

Elxan 9 il əvvəl elmlər doktoru elmi dərəcəsi almaq üçün xaricə getmişdi. Fəridə və Elxanın yolları eyni məktəbdə kəsişmiş və 6-7 aylıq tanışlıqdan sonra da evlənməyə qərar vermişdilər.

Elxan tərbiyə aldığı ailədə ata sözü keçirdi, hakim ata idi, ananın söz haqqı yox idi: Elxanın hər işinə babası və atası qərar verirdi. Fəridə isə xaricdə doğulmuşdu. Qərb mədəniyyəti ilə təmas izsiz ötüşməmişdi. Amma ailəsi dindar idi və ailəsindən gördüyü dini tərbiyə onu rəfiqələrindən fərqləndirirdi. Elxanı da cəzb edən elə Fəridənin bu xüsusiyyəti idi.

Doğma vətəndən kənarda yaşamağın nə qədər çətin olduğunu hamı qəbul edir. Xüsusən də, ailə həyatı yaşamaq. Hələ uşaqların olması bu işi daha da çətinləşdirir. Görünür, Fəridə və Elxan ailəsində problemlərə də bunlar  səbəb olmuş və get-gedə həllolunmaz səviyyəyə çatmışdı. Çünki hər xırda şeydən ötrü mübahisə edir, dalaşırdılar.

Mübahisələrin birində Fəridənin dediyi: “Sən məni heç nə sayırsan!” sözü  Elxanı günlərlə düşündürdü. Yoldaşı ilə mübahisə etdiyi anları xatırlamağa çalışdı. Səbəb və nəticələri ətrafında baş sındırdı. Hamısında da bunu gördü: həmişə problemləri isti-isti həll etməyə, hətta problemlər böyüyəndə belə ailə həyatının davam etməsi üçün əlindən gələni etməyə çalışmışdı.

Bununla bərabər, yoldaşı haqlı idi. Uzun müddət düşünəndən sonra bu nəticəyə gəldi: Ailə həyatında eyni baba və atası kimi hərəkət etmişdi. Qarşısında anası yox, yoldaşı dayanmışdı. Elxan özü-özünə “Buna indiyə kimi fikir verməli və davranışlarımda nəzərə almalı idim,” – dedi.

Elxanın həyat yoldaşı Qərb mədəniyyətinin mərkəzi sayılan bir ölkədə böyümüşdü. Ali təhsilli idi, həm də işləyirdi. Onun həyatı təkcə ev və ailəsindən ibarət deyildi. Sosial və mədəni fəaliyyətlərdə iştirak edirdi. Hətta rəfiqələri arasında  “təşkilatçı” kimi tanınırdı. Elxan yoldaşının bu xüsusiyyətlərini xatırlayınca davranışlarını bir-bir gözdən keçirməyə başladı. Yoldaşının düşüncələrini, baxış tərzini heç sayaraq hökm verməyi doğru deyildi. Yoldaşına kölə kimi davranırdı. Hər zaman əmr üslubundan istifadə etməsi, onunla  müfəttiş kimi davranması yoldaşını çox narahat edirdi. Halbuki, ailə təktərəfli deyil, birlikdə idarə olunmalı idi.

 Yuxarıda göstərilən ailəinin gedişatı ilə bağlı bir neçə məqam diqqəti cəlb edir:

Ər və arvad bir-birinin keçmişini ən incə xırdalıqlarına kimi bilməlidir. Çünki ər və arvadın xarakterləri keçmiş adlandırdığımız dərin dərələrdə formalaşmışdır. Dolayısilə, keçmişə aid ən xırda detal ər və arvadın bir-birini daha yaxşı tanımasını, tamah, istək, zövq, arzu, hirs, kin, nifrət kimi insani hislərin daha düzgün analiz edilməsini təmin edir. Şübhəsiz ki, bu da ailə həyatının davam etməsi üçün həyati əhəmiyyət kəsb edir. Amma bu nöqtədə bir mütəxəssis dəstəyinə də ehtiyac vardır. Kortəbii qiymətləndirmələr, qərarlar ailə həyatına faydadan çox zərər verə bilər.

Ümumiyyətlə, insanlar belə gərgin atmosferdə özlərini sorğu-suala çəkə, soyuqqanlı davrana bilmirlər. Reallıqlarla üz-üzə gəlməkdən çəkinirlər. Adətən reallıqlardan qaçırlar. Halbuki, həqiqəti sevən hansı şəraitdə olursa-olsun, həqiqətlə üz-üzə gəlməkdən qorxmamalıdır. Doğru – kimin deməsindən asılı olmayaraq, – qəbul edilməli, səhvlər düzəldilməlidir. “Nəfsim” deyilməməlidir. “İzzətim, şərəfim, qürurum” deyərək yalnış hərəkətlərdə israr etmək daha böyük səhvlərə yol aça bilər. Dolayısilə, bu nümunədə Elxanın ailə hesabatını apardıqdan sonra, həll yollarını axtarmaq səyi təqdirlə qarşılanmalıdır.

 “Boşanmaq üçünmü evlənirik?” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!