Ramazan tövsiyəsi: Pis vərdişləri tərgitmək

14.06.2017 | 101 dəfə baxılıb.

Elə pis vərdiş və günahlar var ki, onlardan heç cür yaxa qurtara bil­mirik. Ramazan ayının səbir, dözüm və nəfsin tərbiyəsi ayı olma­sın­dan faydalanaraq içimizi didib-dağıdan günah və vərdişlərdən uzaq­laşa bilərik. Ən azı bu yolda ciddi şəkildə niyyət etməliyik.
Gəlin bir düşünək: şeytanlar zəncirlənir, nəfsin cilovu çəkilir, ruh riqqətə gəlir, insanlar oruc və namaz ibadətlərini yerinə yetirirlər. Ab-hava günahları və pis vərdişləri tərk etmək üçün əlverişlidir. Mə­sə­lən: siqareti tərgidib ondan birdəfəlik yaxa qurtarmaq üçün rama­zan ayı çox əlverişli fürsətdir. Nəfsi bu kimi zərərli vərdişlərdən uzaq durmağa öyrəşdirməkdə ramazan ayından daha yaxşı fürsət ələ düş­məz.­ Haram şeylərə baxma, qeybət, dedi-qodu, pis söz danışma kimi vərdişləri bu ayda yalnız Allahdan kömək diləməklə, böyük əzm və səbirlə tərgitmək olar. Nəfsin hiyləsinə xoşluqla və bilə-bilə məğ­lub olan insanı kamil müsəlman hesab etmək mümkündürmü? Al­laha yönəlməyi, Ona güvənməyi və çoxlu dua edib yalvarmağı, sə­bir etməyi, səbirdə yarışmağı, nəfsi hesaba çəkməyi asanlaşdıran bu bərəkətli ayın pis vərdişlərdən uzaqlaşmaqda dönüş nöqtəsi olma­sı­nı arzu etmirsinizmi?
“30 ramazan 40 tövsiyə” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!