Ramazan tövsiyəsi: İftar vaxtını dua ilə gözləmək

14.06.2017 | 98 dəfə baxılıb.

İftar vaxtları, yəni axşam azanı ərəfəsi çox dəyərli zaman kə­sim­­ləridir. Qiymətli vaxtları yaxşı dəyərləndirmək gərək. Bu zaman­ di­lim­ləri dua, zikir və Allahdan əfv və bağışlanma diləməklə ke­çi­ril­məlidir. Çünki bu dəqiqələr duaların qəbul olunduğu isticabə (cavab verilmə) saatlarındandır.
İftar vaxtına yaxın oruclu müsəlmanın nəfsi xeyli tərbiyə edilmiş olur, yəni əvvəlki gücünü itirir. Oruclu mənən elə səviyyəyə gəlir ki, bir az da cəhd göstərsə, müəyyən məqamlara çata bilər. Amma əfsuslar olsun ki, iftara az qalmış – o son dəqiqələr yeməyin hazırlanması, iftara haradan və necə gəlmək, iftardan necə qayıtmaq haqda söhbətlərlə, insana savab qazandırmayan, hətta savablı əməllərin üstünü örtən məşğuliyyətlərlə keçir və o bərəkətli dəqiqələr hədər edi­lir. Duaların daha tez qəbul olunduğu bu dəqiqələri niyə əllə­ri­mizi açıb təzərrö və niyazla keçirməyək ki? Bəli, bu anların Allaha təslimiyyət dəqiqələri olduğunu bilərək dəyərləndirmək də mühüm vəsilə kimi qarşımızda durur.
“30 ramazan 40 tövsiyə” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!