Ramazan tövsiyəsi: Hər gün iki dəfə oruc tutmaq istəyirsiniz?

14.06.2017 | 83 dəfə baxılıb.

Ramazan ayında hər gün iki dəfə oruc tutmaq istəyirsinizmi? Yaxşı, elə isə bunu necə etmək olar? Zeyd b. Xaliddən rəvayət edilən hə­disdə Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) sanki, ramazan ayını iki qat oruclu keçirməyin yolunu göstərir: “Kim bir orucluya iftar ve­rər­­sə, o orucluya verilən savab eyni şəkildə iftar verənə də yazılır. Üs­təlik oruc tutanın savabından azalmır”. (Tirmizi, Savm, 82; İbn Macə, Siyam 45)
Ramazan ayını ikiqat oruclu keçirməyin, yəni oruc tutan bir nəfərə iftar verməyin bir neçə yolu vardır. Bunlardan biri oruc tutanlara iftar yeməyinin pulunu verməkdir. Məsələn, deyək ki, bir öyün yemək 5 AZN-ə başa gəlir, bu da otuz günə 150 manat edir. Bu pulu verməklə həmin savabı qazanmaq olar. Digər yol isə bəzi regionlarımızda olduğu kimi, məscidlərdə və toplu iftar süfrələri açılan yerlərdə oruc tutanlara iftar verməkdir.
Əlbəttə ki, belə yerlərdə iftardan bir saat əvvəl təşviqedici məz­munlu və Rəbbin razılığını qazandıran xüsuslardan bəhs edən proqramlar təşkil etmək bu işin xeyir-bərəkətini daha da artıracaqdır. Ra­mazanda müəyyən plan çərçivəsində əlimiz çatan yaxınlarımıza, dost­larımıza, tanışlarımıza, evdə və yataqxanalarda qalan tələbələrə də iftar vermək ramazan ayında ikiqat oruc savabını qazandırır.
Qonşulara, qohum-əqrəbaya öz evlərindəcə iftar etdirmək sileyi-rəhm (*Qohum-əqrəbaya baş çəkmək, onlarla münasibətləri qoruyub saxlamaq) və yaxşılıq savabını da özü ilə gətirən əməllərdəndir.
“30 ramazan 40 tövsiyə” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!