ÖZÜNÜTƏNQİD

22.07.2013 | 1.390 dəfə baxılıb.

Özünütənqid

 Burasını etiraf edim ki, bu kitab səkkiz il gecikib. “Bunları kitab edib sizinlə bölüşüm” deyə düşünmədiyim vaxtlarda dostlarım “Niyə bunları bir kitab şəklində çap etdirmirsən?” – deyə soruşmağa başladılar. Mən də öz-özümə: “Onsuz da seminarlar verirəm. Gələcəkdə fikirləşərəm bu haqda” deyib vaxtı uzatdım.

Bəzi insanların dalbadal kitab axtardığını gördüm və diqqətimi çəkdi. Sonra maraqlanıb özlərindən soruşdum: “Necə olur? Necə edirsiniz?” Mənə: “Kəs, yapışdır, köçür,” − dedilər. “Yaxşı, sonra?!” − dedim. “Bu sahədə çıxan nəşrləri tap, onlardan iqtibaslar götür, qəzetlərdən məqalələr topla. Onları da ora əlavə et, onda görəcəksən necə asanlıqla alınır”, − dedilər. Buna görə də gecikdim, dostlar, bunu edə bilmədim. Yazılmayanı, amma: “Bax bunu axtarırdım!” – deyib oxuduğunuz mövzuları sizinlə bölüşmək istədim.

İlk mənbəm Mumin Sekman oldu. Özünə məxsus və orijinal təsbitlərə və ideyalara malik qəlmə əhlidir. Bundan başqa, onun təşviqi də heç yadımdan çıxmır.

Kitabınızı kimin oxumasını istəyirsinizsə, onun üzünə baxmalı, gözlərini yaxşıca görməlisiniz. Mən kitabımda bunu edəcəyəm.

Sadəcə rəfə adları xoşunuza gələn kitablar almayın, çünki­ oxuya bilməyəcəksiniz. Kitab çıxaran yazarı təqib edin. Seçin ve seçərək oxuyun. Məsləhətə və rəyə əsasən kitab oxumağa çalışın. Çox satılan kitabların çox oxunan kitablar olmadığını unutmayın. Sonra sizi məsxərəyə qoyacaqlar, hazır olun. “Kitab oxumayan xalq” – deyə-deyə bizi inandırdılar. Bu deyil axı oxutmağın yolu! Oxumaq istəyən də: “Onsuz da alınmır,” − deyə heç cəhd də göstərmir. Necə ki “Dinsiz adam, imana gəl!” “Axmaq, dərslərini oxu!” demək fayda vermir, “Eləcə də kitab oxumayan ölkələr arasında birinciyik,” – deyə elan vermək insanlarda özünəinamı təhqir edir.

Bu işə bir az da biz kömək edək. Həyəti təmiz saxlamaq, özünü səliqəyə salmaq, evin ətrafına ağaclar əkmək bu işin qulpundan yapışmaq sayılır.

Ancaq bir çox sahələrdə geri qalırıq. Gələcəkdə bunları dəyişdirmək üçün fərdi olaraq səy göstərib övladlarımızın təlim-tərbiyəsinə əhəmiyyət versək, bu kifayətdir. “Dəyişsin!” ya da “Dəyişdim” demək istəyir xalqımız.

Bu kitab bu işin bir tərəfindən tutmağa çalışır və ehkam kəs­mədən: “Avropada belə deyirlər,” – deyə deyil, bizdəki tərzi təsbit etməyə çalışaraq xalqın içindəki dinamizmi təhrik etməyə çalışır.

Məşhur rəssamın yanında yetişən qabiliyyətli Viktor: “Artıq müstəqil işləmək istəyirəm,” − deyir. Ustası: “Yaxşı! Ən gözəl rəsm əsərini çək, mənə gətir,” − deyir.

Viktor ən gözəl rəsm əsərini çəkib ustasının yanına gəlir. Ustası: “Apar bunu şəhər meydanına as, yanına da bir qələm və kağız qoy,” − deyir. Üstünə də “Rəyinizi yazın”, qeydini əlavə et və üç gün sonra mənə gətir,” – deyir. Rəssam onun dediklərini eynilə yerinə yetirir. Üç gün sonra ustasının yanına gələn gənc rəssam çaşıb qalır, çünki edilən tənqidlər onun təxmin etdiyindən çox idi. Ümidsizliyə düşür. Ustası ona dərs vermək isəyirdi və hələ qurtarmamışdı. “İndi bu rəsmi götür, yanına qələm qoy və kağıza belə yaz: “Xahiş edirəm səhvlərimi düzəldin”. Üç gün sonra gəl,” − deyir. Gənc rəssam daha da çaşqın halda üç gün sonra yenə gəlir və deyir: “Usta, heç kim rəsm üzərində səhvlərimi düzəltməyib”.

Ustası məqsədinə çatmışdı. “Artıq sərbəstsən, sən, həqiqətən, yaxşı bir rəssamsan. Amma unutma ki, tənqidlər həmişə olacaq; Bu, səni yolundan döndərməsin. Birinci tənqidlər sənin məsləyindən edə bilərdi və özünə inam duyğusunu itirə bilərdin. Bildiyini et, amma ikincini də unutma. Səni tənqid edənlərin müdaxiləsinə icazə ver. Müdaxilə edən insanlar işə dəstək verən insanlardır, unutma!. Yolun açıq olsun,” – deyir və gənc rəssamı yola salır.

Böyük bir fikir adamı belə deyir: “Bir insanın üstündə əqrəb görürsünüz və onu xilas etmək üçün vurursunuz. O adam: “Niyə məni vurursan? Məni incitdin desə, haqsızlıq etmiş olar”. Bu kitabda da gözdən qaçırdığınız və ya unutduğunuz,  ya da bilmədiyiniz şeyləri oxuyub xətalarınızı düzəltsəniz, özümü işə dəstək verənlərdən sayaram.

Siçanlar yığışırlar, başlarına bəla olan pişikdən xilas olmaq üçün çarə axtarırlar. Hər bir siçan necə tədbir görməyi pişiyin əvvəlcədən gəlməsini bilmək üçün nə etməyi sadalayır. Biri: “Pişiyin boynuna zınqırov taxaq. Bu yolla onun gəldiyini əvvəlcədən hiss edər, tədbir görərik,” – deyir. Bir kənarda oturub onları dinləyən yaşlı siçan ironiya ilə: “Yaxşı fikirdir, bəs bu zınqırovu pişiyə kim taxacaq, o, ortaya çıxsın,” – deyir.

“Kim taxacaq, о çıxsın ortaya!” Mən onu dinləyəcəyəm. Rəsmi düzəltmək üçün əlinə qələm alanı, əqrəbdən xilas etmək üçün özünü təhlükəyə atıb fədakarlıq edəni və pişiyin boynuna zınqırovu taxan cəsarətli siçanı…

Siz kimi dinləyirsiniz?

“Evdəki rənglər” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!