“O KİMDİR VƏ MƏN NƏYƏM?”

11.02.2016 | 297 dəfə baxılıb.

Həm öz ailə həyatımda, həm də ətrafımda şahid olduğum ər-arvad problemlərinə dair yüzlərlə, minlərlə hadisə var. Bu nəticələrin bəziləri; zaman, məkan, irq, din, dil, və s. xüsusiyyətlər nəzərə alınmadan hamıya şamil olunur. Bəziləri isə xüsusi olaraq, şəxs, zaman və məkanla bağlıdır.

Birinci olaraq bəhs etdiyim və hamıya şamil etdiyim xüsus üçün diqqətinizə çatdırmaq istəyirəm ki, mövzunun başlığı da elə bununla əlaqəlidir: “O kimdir və mən nəyəm?”. Əksi də ola bilər: “Mən kiməm və o nədir?” Buradakı “mən” və “o”  əvəzlikləri ailə müəssisəsinin iki  təməli – ər və arvadı göstərir.

İlk öncə bunu qəbul etmək lazımdır: evlilik, qadın və ya kişi-insana fərqli bir xüsusiyyət qazandırır. Ər və arvad şəxsiyyətini mühafizə edən evlilik müəssisəsinin iki təməl dirəyi, evlilikdən sonra böyük qardaş, böyük bacı, qız, oğlan, dayı, xala, bibi, əmi və s. adlarına əlavə olaraq “həyat yoldaşı, ər, arvad” sifətini qazanır. Bu iki yeni sifət, tərəflərə yeni məsuliyyətlər yükləyir, tərəflərin hüquqlarını ortaya qoyur. Evlilik həyat tərzi olaraq insanların həyatında yeni dəyişikliklərə qapı açır. Məsələn, evin tək qızı, anasının nazlı quzusu olan qızcığaz evinin hər işi ilə təkbaşına məşğul olmağa məcbur olur. Paltarlardan qablara, ütüsündən qonaq qarşılamağa qədər hər şey onun çiyninə düşür. Eyni zamanda, atasının nazlı bir övladı olan oğlan  həyatı maddi-mənəvi bütün ölçüləri, nemət və ağırlığı ilə çiyninə götürmək məcburiyyətində qalır. Evlilik müəssisəsinin bu tərəfini, bəhs etdiyimiz şəkli ilə qəbul edə bilməyən, qəbul etməyə hazır olmayan, hətta heç düşünməyən insanlar ailə həyatında, xüsusilə ilk illərdə xöşbəxtliyi ola bilmirlər. Çünki başda da ifadə etdiyim kimi, “O kimdir və mən nəyəm?” sualının doğru cavabını bilmirlər.

Məncə, tərəflərin ailə qurmaqla əldə etdiklərə rollara (ər-arvad olma) münasib hərəkətlərinin vacibliyi, üzərində israrla durulmalı xüsusdur. Bu çərçivədəki yazılarımızın toplandığı ilk kitabımıza qoyduğumuz ad kimi, “Evlilik (evcilik) oyun deyildir”. Dolayısilə, “evcik-evcik oynamırıq” anlayışında olmaq əsas şərtlərdəndir. Bunun görə də, evlənməzdən əvvəl ailədaxili təlim və tərbiyənin mühüm bir əhəmiyyəti olduğu kimi, evlənəcək tərəflərin ailə, yaxın qohum və ətrafdakı digər insanların evliliklərini bu perspektivdən müşahidə etməsinin də  böyük rolu olacaqdır.  Təcrübə, bir insanın yalnız öz başına gələn hadisələrin cəmindən ibarət deyildir. Başqalarının yaşadığı hadisələrdən dərs almaq, xəta və səhvləri müəyyən edərək onlarn uzaq olmaq, doğru, yaxşı və gözəl şeylərdən isə nümunə götürüb həyatına tətbiq etmək də təcrübədir, təcrübədən istifadədir və insanı yaşından da irəli apararaq yetişdirir.

İdealı, mükəmməl olanı hər zaman əldə etmək mümkün olmaya bilər. Bu, təbii bir şeydir. İnsan reallıqlarla ideallar arasında məkik toxuyan bir varlıqdır. İdeal meydandadırsa və hər iki tərəfin də bu ideala çatmaq niyyəti, cəhdi və əzmi varsa, öhdəsindən gəlinməyəcək bir problem yoxdur və ola da bilməz. Burada əsas problem, idealın olmamasıdır.  Deməli, ailədə veriləcək tərbiyə, istifadə oluncaq təcrübə, şüurlu bir şəkildə evlilik həyatına hazırlaşma insanın bu ideala çatmasını asanlaşdırır. Fikirləşin: görəsən, evlənmədən qabaq cehizinizdən, ev döşəmələrinə, bəy paltarı, gəlinlik paltarı, toy mərasimi, gəlin maşını və s. kimi bütün toy hazırlıqlarından bal ayı proqramına qədər maddi hazırlığa xərclənən zamanın və fikri, əqli çalışmanın neçə hissəsi dediyimiz xüsusa sərf edilir?

Həqiqətlərlə üzləşərək, “o və mən”in kimliyini bilmək zamanı hələ  gəlib çatmaydımı?

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!