Namaz Aşiqləri

18.06.2013 | 1.375 dəfə baxılıb.
namaz_asiqleri
  • Müəllif: Əli BALKAN
  • Səhifə: 152
  • Ölçü: 13,5x210
  • Çap tarixi: 2012
  • ISBN: 978-9952-439-90-8
  • məlumat daxil edilməyib | PDF
  • Qiyməti: 2.50 AZN

Səadət əsrindən bu günədək
Əli BALKAN
Namaz cənnətdən yer üzünə göndərilən və Adəm oğlunu təkrar səmaya yüksəldən bir meracdır. Namaz dünya işləri içində boğulan insana göylərdən bir çağırış, bir paklanma çeşməsi, mənəvi yüksəliş yoludur eyni zamanda. İnsan gündə ən az beş dəfə sonsuz qüdrət sahibi, hər şeyə hökm edən Uca Rəbbin hüzuruna məhz namazla yüksəlir. Mənəvi kamiliyyə aparan başlıca ibadətlərdən biri olan namaz insanı dünyada günahdan, axirətdə əzabdan qoruyan bir dostdur. Namazı layiqincə qılmaq və namazla pərvazlanmaq yolunda ən böyük rəhbərimiz hər sözü, davranışı və rəftarıyla kamil nümunə olan Peyğəmbərimizdir (s.a.s). Müəllif Əli Balkan ayaqları şişənə qədər namaz qılıb, sonra da “Şükür edən bir qul olmayımmı?” buyuran Rəsulullahdan (s.a.s) namaza başlayanda rəngi dəyişən, həyəcanlanan Həzrət Əliyə, səhabələr kimi namaz qılan Ömər ibn Əbdüləzizdən  ibadətini təsbihat və dualarla bəzəyən Həzrət Mövlana və son dövr alimlərinədək bir çox namaz pərvanələrinin namaz sevgisini təsirli və ibrətamiz nümunələrlə biz oxuculara təqdim edir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

məlumat daxil edilməyib

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!