Fiqh elmi, fiqhə aid zəruri biliklər hər bir müsəlman üçün vacibdir. İmam Qəzali həzrətləri fiqhi mövcud elmlərin tacı hesab etmişdir. Sağlamlığın qorunması üçün tibb zəruri elm sahəsi sayılsa da, insanlar təbibə ancaq xəstələnəndə müraciət edirlər. Lakin insanın maddi sağlamlıqdan çox mənəvi sağlamlığa ehtiyacı var ki, bunun “müalicəsini” də fiqh elmi öz öhdəsinə götürmüşdür.
Bu kitabı bir müsəlmanın gündəlik ibadət həyatında daim qarşılaşdığı və qarşılaşma ehtimalı çox olan məsələləri nəzərə alaraq hazırlamışıq. Burada digər elmihal kitablarında olduğu kimi məsələlərin incəliklərinə varmadan bir möminə gündəlik həyatda lazım olan ən zəruri bilikləri toplamış, bu biliklərin hikmət və məna əsaslarına daha çox diqqət ayırmışıq. Məhz bu səbəblərə görə, əsərdə çox az qeyd vermiş, ayələrdən nümunələri isə mətn daxilində göstərmişik.
məlumat daxil edilməyib
Bu məqalə haqqında şərh yazılmayıb.