İslami tərbiyənin vacibliyi

08.02.2016 | 552 dəfə baxılıb.

Buraya qədər izah etməyə çalışdığımız məsələlər ailə rəisinin idarə etməkdə məsul olduğu gəminin sulara qərq olmasının və sərt qayalara çırpılıb parçalanmasının qarşısını almaq məqsədi ilə qabaqcadan görməsi vacib olan tədbirlərin ikinci qismi idi. Bir də bunun ilk qismi də var ki, o da İslami tərbiyədir. Ər və arvad evlilikdən əvvəl ailə, məktəb və mühitdən aldığı təhsil və tərbiyə ilə bu mərhələni adlaya bilir. Ən azı buna ümid edirik. Sadəcə ailədaxili münasibətlərin deyil, həyatın bütününü ehtiva edən insani münasibətlərin təşkili üçün bəhs etdiyimiz tərbiyənin verilməsi zəruridir.

Müasir dövrdə tərbiyə bir kənara qalsın, İslamın veriləcəyi dini, ictimai, əxlaqi, mədəni şərtlərin və şəraitin  olmaması prosesi tərsinə çevirir və problemlər əsas, xöşbəxtliklər isə ikinci dərəcəli olur. Buna görə də, ailə ahəngi baxımından hadisələr qiymətləndirərkən məsələyə bu nöqtədən də baxıb, həm cütlüyə qarşı haqsızlıq edilməməli, həm də davamlılıq istəyən həll təkliflərində arxa plan şərtlərinin uyğunluğu nəzərə alınmalıdır.

Bu nöqtəyə, “Kişi xanımını döymə hüququnu haradan alır?” sualını verərək gəlmişdik. Həm ümumi, həm də Səmra xanımın ərinin “müəllim” olmağı və təbii ki, bizim dini həssaslığımız səbəbiylə, məsələyə dini cəhətdən baxaraq nəticədə belə bir hüququn olub- olmadığını göstərməyə çalışdıq.

Açıq şəkildə  görmək olar ki, bir zehniyyət, dünyagörüş problemi ilə qarşı-qarşıyayıq. Zorakılıq doğuran bir zehniyyətə malikik. Müasir dövrümüzdə kiçikdən böyüyə hamımızı əsir edən cizgi filmlərindən Hollivud filmlərinə, romanlardan karikaturalara qədər ətrafdakı hər şeyin zorakı zehniyyətə dəstək verdiyini desək, heç də mübaliğəli   olmaz. Elə isə hadisəyə dini ölçülərlə yanaşıb “qapaz altı” axtarmayaq. Həqiqətlərlə üzləşməkdən qorxmayaq. Əl-ələ verib bu günümüzü və gələcəyimizi qurtaracaq belə qlobal bir problemi ortadan qaldırmaq üçün hər cür işə dəstək verək.

Bəs  Səmra xanım nə edəcək? İnsanlara İslamiyyəti öyrədən bir ailə başçısını evdə xanımı və uşaqlarına qarşı zor tətbiq etməkdən necə uzaqlaşdıraq? Məsləhətim budur: Səmra xanım həyat yoldaşının elminə və yaşayışına hörmət etdiyi  din alimlərindən birinə məsələni deməli və ərini ilk olaraq onunla görüşdürməyə çalışmalıdır.

Ayə və hədislərin yanlış anlaşılıb izah edildiyini qəbul etmək, inanıram ki, Səmra xanımın həyat yoldaşını əməllərindən çəkindirəcəkdir. Dini mükəlləfiyyəti bunu təmin edəcəkdir.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!