İş dünyası üçün 33 Hədis və İzahı

18.06.2013 | 2.057 dəfə baxılıb.
is_dunyasi_ucun_33_hedis_ve_izahi
  • Müəllif: İsmail GÖKÇƏ
  • Səhifə: 136
  • Ölçü: 135x210
  • Çap tarixi: 2012
  • ISBN: 978-9952-439-83-0
  • məlumat daxil edilməyib | PDF
  • Qiyməti: 2.50 AZN

Ticari və iqtisadi həyat dövlətin gücünün, əhalinin rifah səviyyəsinin göstəricisidir. Bu sahənin iqtisadi və ictimai inkişafa, sabitliyə, insanların rifahına və millətin gələcəyinə xidmət etməsi isə ticarətçi və iş adamlarının sağlam düşüncəli, dürüst, etibarlı və dəyərlərə sadiq olmasından böyük ölçüdə asılıdır. Buna görə də insanı ən dəyərli varlıq hesab edən və yer üzündə Allahın xəlifəsi sayan İslam dininin ticarət və iş əxlaqını bilmək istər iş quranlar, ticarətlə məşğul olanlar, istərsədə cəmiyyətin digər təbəqələri üçün əhəmiyyətlidir. Bu baxımdan “Dürüst ticarətçi axirətdə kimlərlə bərabər olacaq?”, “ Dünya malına hərisliyin dinə zərəri”, “Hesab günü möminin tərəzisində ən ağır gələn əməl hansıdır?”, “Halal qazancın əhəmiyyəti”, “Allah Rəsulu ticarətdə məşvərətin önəmi haqda nə buyurur?” və “Allah hansı varlıları sevir?” kimi bir çox mühüm məsələlərə 33 hədis və Qurani-Kərim ayələrinin işığında aydınlıq gətirən bu kitab bizim üçün dəyərli mənbə olacaqdır.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

məlumat daxil edilməyib

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!