İlk müsəlman uşaq

24.06.2013 | 1.425 dəfə baxılıb.

Uca Mövlamız vəhy mələyi Həzrəti Cəbrail vasitəsilə Peyğəmbərimizə peyğəmbərlik vəzifəsini bildirmiş, Onun haqq din İslama dəvətini ilk qəbul edən də mübarək həyat yoldaşı Həzrəti Xədicə olmuşdur.

Çox keçməmişdi ki, Allah Rəsulu Məkkə yaxınlığında hündür bir təpədə ikən Cəbrail əleyhissalam qəflətən zühur etdi. Vəhy mələyi bu dəfə Rəsulullahın yanına insan cildində gəlmişdi. Cəbrail (ə.s.) topuğu ilə yerə vuran kimi su fışqırmağa başladı. Sonra isə mələk Peyğəmbərimizin önündə dəstəmaz aldı. Allah Rəsulu (s.ə.s.) onun hərəkətlərini eynilə təkrar etdi. Vəhy mələyi daha sonra Peyğəmbərimizə (s.ə.s.) namaz qılmağı öyrətdi. Cəbrail oradan uzaqlaşandan sonra Peyğəmbərimiz dərhal evinə qayıdıb Cəbrail əleyhissalamdan öyrəndiklərini bir-bir Həzrəti Xədicəyə də öyrətdi və birlikdə dəstəmaz alıb namaz qıldılar. Beləliklə, İslam dinində Peyğəmbərimizdən sonra ilk dəstəmaz alan, ilk namaz qılan və Ona ilk dəfə namazda tabe olan Həzrəti Xədicə oldu.

Allah Rəsulu ilə Həzrəti Xədicənin namaz qıldığını əmisi oğlu Həzrəti Əli də görmüş, bir müddət maraqla onlara baxmışdı. O vaxt hələ on yaşı var idi. Rəsulullaha yaxınlaşdı və nə etdiklərini soruşdu. Peyğəmbərimiz (s.ə.s.) onu yanında oturdub ilk vəhy nazil olarkən Hira dağında başına gələnləri bir-bir danışdı və sonra da şəfqət dolu səsi ilə dedi:

– O, bir və tək olan Allahdır. Onun şəriki ola bilməz. Varlıq aləmini O yaratmış, ruzisini də O verir. Öldürən də, yaşadan da Odur və O, hər şeyə qadirdir.

Həzrəti Əli Peyğəmbərimizi həm çox sevir, həm də Ona çox güvənirdi. Lakin belə bir məsələdə atası Əbu Talibdən məsləhət almağı düşünürdü. Allah Rəsulu da ona:

– Ey Əli! Sənə dediyimi edəcəksən, et! Etməyəcəksənsə, bunu gizli saxla, – dedi.

Həzrəti Əlinin o gecə gözünə yuxu girmədi. Bütün gecəni Rəsulullahın dediklərini düşündü. Və atasından məsləhət almaqdan vaz keçdi. Səhər açılar-açılmaz Allah Rəsulunun yanına gəldi və:

– Dünən sən məni nələrə dəvət etmişdin? – deyə soruşdu.

Allah Rəsulunu üzünə şirin təbəssüm yayıldı. Onu yanında oturtdu və kəlimeyi-şəhadəti təkrarlatdı. Beləliklə, on yaşlı kiçik Əli Həzrəti Xədicədən sonra ilk dəfə kəlmeyi-tövhidi demə şərəfinə çatdı.

“Gəncin yol rəhbəri 1”

Tarix :14 Fevral 2011

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!