“Yaradılışın qayəsi” və digər əsərləri ilə tanınan məşhur yazar Nazim Əkbərov bu kitabında Quran və hədis işığında, həmçinin mötəbər qaynaqlar əsasında zikr, salavat,dua, ileyi-kəlimətullah, üç aylar, mübarək günlər, gecələr, bayramlar və digər bir sıra mövzuları ətraflı şəkildə, gözəl üslubla və axıcı dillə biz oxuculara çatdırır. Mövzuların təhkiyəsi, vurğulanan məqamlar və toxunulan məsələlər əsər boyu oxucunu nəfsani hislərə əsirlikdən, fani dünyaya köləlikdən xilas olub əsl azadlığa, Rəbbə xalis bəndə olmağa, acizlik və fəqirliyini dərk edib Ulu Rəbbin sonsuz rəhmət qapısına üz tutmağa,kamillik yoluna qədəm qoyub Allaha yaxınlaşmağa, bu yolda əzm və səy göstərib günahlardan arınmağa, nəhayət, ilahi rizanı qazanmağa səsləyir.
məlumat daxil edilməyib
salam bu kitabi internetden nece ala bilerem?
Salam Müşfiq bəy,
Təəssüf ki, internet üzərindən online satışımız hələlik yoxdur. Ancaq kitablarımızı Bakı şəhərində birçox mağazalardan ala bilərsiniz. Satış nöqtələrimizi aşağıdakı linkdən öyrənə bilərsiniz:
Satış nöqtələri