III Bakı Beynəlxalq Kitab sərgi-yarmarkası

04.09.2013 | 1.881 dəfə baxılıb.

Dəyərli kitabsevərlər!

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunan III Bakı Beynəlxalq Kitab sərgi-yarmarkası 23,24,25 sentyabr 2013-cü il tarixində “Gənc Tamaşaçılar” və “Opera və Balet teatrı” nın qarşısında keçiriləcəkdir. Sərgi-yarmarka Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuşdur.

Biz də “Xəzər Nəşriyyatı” olaraq həmin sərgidə iştirak edəcək, ailə, mənəviyyat, elm və b. sahələr üzrə işıq üzü görən xeyli sayda kitabımızla görüşünüzə gələcəyik. Sizləri – dəyərli oxucularımızı sərgidə görməkdən, nəşrlərimizlə tanış etməkdən məmnun olarıq.

Sərgi haqqında ətraflı məlumatı III BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI səhifəsindən əldə edə bilərsiniz.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!