Həzrət Əlinin (k.v.) Cümə günü duası

03.02.2017 | 368 dəfə baxılıb.

Cümə günü duası
Rəhman və Rəhim olan Allahın adı ilə!
Ən böyük Allahdır. Böyüklük və əzəmət sahibi Odur. O, ­sonsuz hökm və izzət, rəhmət və inayət sahibidir. Dünya və axirətin hakimi Odur. Rəbb O, Müsəbbibül-Əsbab O, tək ilah O, Cəbbar O, gizli şeyləri aşkara çıxaran O, mələkut və cəbərut aləminin sul­tanı O, dilədiyini dilədiyi şəkildə həqiqətə çevirən yalnız Odur.
Ən böyük olan Allahdır. Əvvəl də, Axır da Odur. Ondan başqa ilah yoxdur. Qəlblər xüşu ilə yalnız Ona təzim edər. Hər işdə hökm və mizan Ona aiddir. Hər şey yalnız Onun diləməsiylə kamala çatar. O, Qadir, Həlim, Lətif və Kərimdir. O, hər cür nöqsandan uzaq, ululardan ulu, ucalardan uca Sübhandır. Bütün varlıq yalnız Onu təsbeh edir, yanıqlı bir dillə Ona yalvarır. Elmiylə hər şeyi əhatə edən və hər şeyi bir-bir yazan yalnız Odur.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!