Rəhman və Rəhim olan Allahın adı ilə!
Ululuğuyla Zatını səna edən, sənasıyla əzəmət taxtına oturan, qüvvətiylə izzətli olan və açıq-gizli hər şeyi bilən Allaha həmd olsun.
Əbədilik, əzəmət və böyüklük Sənin haqqındır.
Buna görə həmd də yalnız Sənədir.
Göyləri və yeri ən gözəl şəkildə yaradan Sənsən.
Sarsılmaz qüvvətinlə dilədiyin bəndəni şiddətlə cəzlandırarsan.
Yeganə Rəbb Sənsən. Hər şeyin ixtiyarı Sənin əlindədir.
Səndən başqa ilah yoxdur.
Xaliq, Bari, Musavvir kimi bir-birindən gözəl isimlər yalnız Sənə məxsusdur.
Göylərdə və yerdə hər şey Səni təsbeh edir.
Əziz və Hakim olan da Sənsən.
Allahım! Mənə xəyanət etmək, hiylə qurmaq və zülm etmək istəyənləri istəklərinə çatdırma.
Mən əməllərimi həyata keçirməyə və müsibətləri sovuşdurmağa qadir deyiləm.
Bu müsibətlərdən Sənə sığınıram.
Ey iztirablara əlac, dərdlərə məlhəm olan, məzlumların duasını cavabsız qoymayan Rəbbim!
Günahlarımın çoxluğundan ötrü mənə əzab vermə.
Nöqsanlarımı bağışla, mərhəmət göstər.
Yox, əgər əzab etsən, onu da günahlarımdan bilərəm.
Günah və təqsirimdən keçsən də, bilərəm ki, Sən Əziz və Hakimsən, əsl hökm və hikmət sahibisən!
Bu məqalə haqqında şərh yazılmayıb.