Həzrət Aişə

17.06.2013 | 1.914 dəfə baxılıb.
hezret_aise
  • Müəllif: Rəşid Haylamaz
  • Səhifə: 432
  • Ölçü: 135x210
  • Çap tarixi: 2014
  • ISBN: 978-9952-492-02-6
  • məlumat daxil edilməyib | məlumat daxil edilməyib
  • Qiyməti: 4.00 AZN

Bu kitab möminlərin ən mümtaz anası Həzrət Aişənin (radiyallahu anha) dəyərli ömür yoluna həsr olunmuşdur. Gənc yaşlarından Rəsulullahla (sallallahu aleyhi və səlləm) ailə quran Həzrət Aişə iti zəkası və güclü hafizəsi ilə Rəsulullahın hərəkət, davranış və sözlərini, hadisələrə və insanlara münasibətini, başqa sözlə, İslamın iki əsas qaynağından biri olan Sünnəsini yaddaşına həkk edərək gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynamışdır. Kitabda onun Məkkə illərindən tutmuş Mədinədə Rəsulullahla ailə qurmasına, hicrətlə başlayan Mədinə həyatından Rəsulullahın vəfatına və sonrakı illərdə baş vermiş hadisələrə qədər bir çox məqamlara təfərrüatlı şəkildə yer ayrılmışdır. Həmçinin müəllif “İfq” və “İla” hadisələri, Həzrət Aişənin Rəşidi xəlifələrlə münasibəti, “Cəməl” vaqeəsi və s. haqda da geniş məlumat vermiş, onun bu hadisələr zamanı çəkdiyi iztirabları, göstərdiyi səbir və mətanəti dolğun cizgilərlə təqdim etmişdir. Müəllif Həzrət Aişənin təfsir, hədis, fiqh, kəlam və d. sahələrə nə qədər dərindən bələd olduğunu nümunələr əsasında izah eləmiş, onun məktəbində yetişən alimlərin bir neçəsi haqqında qısa məlumat vermiş, həmçinin “Aişə anamızın evlilik yaşı” və” “Həzrət Əli Həzrət Aişə” başlığı altında ortaya atılan bir sıra iddialara aydınlıq gətirmişdir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

məlumat daxil edilməyib

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!