Həyatus Səhabə 1

18.06.2013 | 1.487 dəfə baxılıb.
hayatus_sehabe_1
  • Müəllif: M. Yusuf Qandəhləvi
  • Səhifə: 491
  • Ölçü: 14x21
  • Çap tarixi: 2009
  • ISBN: 978-9952-439-19-7
  • məlumat daxil edilməyib | PDF
  • Qiyməti: 4.00 AZN

Allah Rəsulu və səhabələrinin həyatı, davranışları və əxlaqı iman və din sevgisinin ən güclü qaynaqlarından birini təşkil edir. Belə ki, İslam toplumu və dinə dəvət edən mürşidlər daim bu qaynaqdan ilham almış, qəlblərin iman şamını bu din ocağından götürdükləri məşəllə alovlandırmışlar.

Bu kitab İslamın səsinə səs verib onu qəbul edən, Onu qəlblə təsdiq edib yaşayan həqiqi qəhərmanların gerçək həyat hekayələridir. Onlara Allah və Rəsuluna imana dəvət edilərkən “Ey Rəbbimiz! Həqiqətən, biz: “Rəbbinizə inanın!” – deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik” (“Ali İmran” surəsi, 3/193 ) deyib bu yolda can qoydular. Allah yolunda can və maldan keçib əzab-əziyyətlərə, məşəqqətlərə sevə-sevə qatlandılar. İmanın qəti, açıq-aşkar vəhyi onların qəlbini coşdurdu. Onlar qeybə iman etdilər, Allah və Rəsulunu sevdilər, hidayəti, axirəti dünyadan üstün tutdular. Bütün güclərini İslama dəvətə sərf etdilər. Onlar yaşadılar, yaşatdılar. İnsanların dünya və axirəti yolunda candan keçdilər. İnsanları qullara tapınmaqdan Allah itaətə, “din”lərin zülm, sapqınlığından İslamın ədalətinə, Dünyanın darlığından İslamın genişliyinə apardılar.

məlumat daxil edilməyib

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!