Gəncliyin Yol Rəhbəri – 1

18.06.2013 | 1.325 dəfə baxılıb.
gencliyin_yol_rehberi
  • Müəllif: A.Başak Sezgin
  • Səhifə: 272
  • Ölçü: 14x2114x21
  • Çap tarixi: 2009
  • ISBN: 978-9952-439-36-6
  • məlumat daxil edilməyib | PDF
  • Qiyməti: 3.50 AZN

Ailə bir bağ, valideynlər bağban, övladlar isə bu bağın fidanlarıdır… Valideynlər, müəllimlər yaxşı bağban olmalı, diqqət və qayğı ilə yetişdirməlidir bu fidanları… Gənclik 13-14 yaşlarından başlayır. Həddi-büluğ yaşına çatmaq da adlanır bu dövr. Övladlar bu dövrdə özünə yönəlir, özünün bir şəxsiyyət kimi dərk etməyə çalışır, özünü təsdiq etməyə cəhd göstərir, idealları, zövqləri, dünyagörüşü formalaşır. İnsanlara qayğı ilə, sevgi ilə, xoş üzlə, şirin sözlə yanaşmağı öyrənir. Hörmət etməyi, etdirməyi, sevməyi sevdirməyi öyrənir. Arı kimi çiçək axtarır şirə çəksin deyə.. damla-damla toplasın balını, kərpic-kərpic hörsün düşüncə, fikir evini, səhifə-səhifə yazsın ağıl kitabını… Bu yaşda övladlar ata-anadan soruşur, böyüklərə baxır, dostlara üz tutur, kitabları vərəqləyir. Oxuduğu kitablar nədir, nə məzmundadır? Onun ağlına, yoxsa hissinə xitab edir? Onu gələcəyə, yoxsa keçmişə aparır? Onun əlinə külüng verib Fərhad kimi qaya çapmağa göndərir, yoxsa əlinə qələm verib Tusi kimi elmə hakim olmağa yollayır. Ya da oxuduğu kitablar Yunus kimi, Mövlana kimi sevməyi öyrədir. Bu çox vacib, bəlkə də ən önəmli xüsusdur. Sizə təqdim edilən bu kitab ehtiva etdiyi dərin, ibrətamiz bilgilər gəncliyin ruh dünyasının zənginləşməsi, düşüncə müstəvisinin genişlənməsi, dünyaya baxışının ənginləşməsi baxımından böyük əhəmiyyət kəsb edir. Burada kiçik ibrətamiz hekayələr, qissələr, şeirlər, maraqlı elmi araşdırmalar əksini tapmışdır. Bütün bunları bir əsas qayə və ideya birləşdirir. İnsanları gözəlliyə: sevgiyə, hörmətə, elmə, biliyə, şücaətə, qəhrəmanlığa, fədakarlığa səsləyir. Dolayısilə insan bu dünyaya, kainata ibrətlə, inamla, sevgi ilə baxmalı, özünü onun bir parçası sanmalıdır.

məlumat daxil edilməyib

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!