Ramazan tövsiyəsi: Televiziya və internetin zərərindən şikayət edirsinizsə…

14.06.2017 | 133 dəfə baxılıb.

Evinizdə televizor, kompyuter və internet kimi vasitələrdən şika­yət edirsinizsə, ramazan ayı bu şikayətlərdən birdəfəlik yaxa qurtarmaq üçün mühüm vəsilə ola bilər. Müqəddəs ramazan ayının hör­mə­tinə bu vasitələrdən uzaq durmaq və Rəbbimizə yaxınlaşmaqdan ötrü uşaqlarımızla, həyat yoldaşımızla – bütün ailə üzvlərimizlə bir şərt kəssək, düşünürəm ki, bu addım ramazan ayının dəyərini bizə və ailəmizə hiss etdirər.
Nəfsin tərbiyəsi üçün bircə ay – həm də belə bir bərəkətli, mü­qəd­dəs ayda – bunlardan keçməyə hazır olmayan bir ailədən ilin baş­qa aylarında nə gözləmək olar? Qəlblərin yaxşılığa, gözəlliyə kök­ləndiyi, şeytanların da zəncirləndiyi bir ayı nəfsimizin tərbiyəsi na­minə dəyərləndirə bilməsək, başqa vaxtlarda buna nail olmaq olduqca çətindir.
Mömin səmimi qəlbdən Allaha bağlanmalı və yalnız Allahdan kö­mək diləməlidir. Məhz bu zaman həm Allahdan, həm də ailə üzv­lə­rindən kömək görəcək və ətrafdakı insanların da dəstəyini, ehtira­mı­nı hiss edəcəkdir. Təbii ki, bu ixlası, səmimiyyəti görüb onun ar­dınca gedən insanlar da olacaq. Unutmayaq ki, insanlara yaxşı nü­mu­nə olmaq da möminin bir vəzifəsidir. Bu, övladlarımıza və həyat yol­daşlarımıza hiylə torunu quran insi və cinni şeytanlara qarşı da təd­bir görmək deməkdir.
Müqəddəs ramazan ayında bizi Allahdan uzaqlaşdıran və nəfsin me­yillərini hərəkətə gətirən, körükləyən hər cür qəzet, jurnal və məc­muəni də özümüzdən və evimizdən kənar etməliyik. Bizi Allah­dan uzaqlaşdıran hər cür səsli və görüntülü vasitələrdən uzaq olmaq da bura daxil edilə bilər. Bunları oxumaq mübah olsa da, böyük İslam alimlərinin və Allah dostlarının həyatına nəzər saldıqda bu ay ərzində onların insanı dünyaya çağıran hər şeydən uzaq gəzdiyini, sa­dəcə Quran oxuyub ibadət etdiyini və təhəccüd namazına əhə­miyyət verdiyini görərik.
Ən azından, heç olmasa, bir aylıq səsli və görüntülü informasiya vasitələrindən uzaq durmağa nə deyirsiniz?
“30 ramazan 40 tövsiyə” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!