Döymə hadisəsinə müxtəlif baxışlar

06.02.2016 | 250 dəfə baxılıb.

Göründüyü kimi, Əfəndimizin bir problemin həlli üçün xanımlarının iradə və seçimlərinə ehtiramla yanaşıb son qərarı onlara həvalə etməsi, bəlkə də, bundan kiçik problemlər səbəbi ilə xanımını döyən müsəlman kişilərə görə yaxşı tətbiqat sayılmaz! Haqsız yerə həyat yoldaşını döyən bir insan Allah  Rəsulunun (s.ə.s.) şəxsi tətbiqatlarında özünə istinad tapa bilməz, Onu nümunə göstərməklə bu hərəkətlərini əsaslandıra bilməz. Halbuki, Peyğəmbər Əfəndimiz (s.ə.s.) başda müsəlmanlar olmaqla bütün insanlığa nümunə, rəhbər və ideal insandır. Onun sünnəsi bizim yeganə rəhbərimizdir. Onun həyatında əksini tapmayan, varlıq səhnəsinə çıxmayan, üstəlik əks istiqamətdə onlarca tənbehləri olan bir mövzuda daha diqqətli olmaq lazımdır.

Bir başqa mühüm məqam; ayədən də anladığımız kimi, “döymə”nin ailə müəssisəsinin qorunmasına yönəlmiş tədbir olması həqiqətidir. Ayənin mücərrəd mənası və izahı üçün irəli sürülən fikirlər bunu açıq-aşkar göstərir. Bəktaşi misalı, ayəni  nüzul və üslub (siyak və sibak) bütünlüyündən qoparıb, ona parçalanmış halda yanaşmaqla fikir yürütmək Quranın və sünnənin ruhuna ziddir. Buna baxımdan, rahatlıqla deyə bilərik ki, bu məqsədə bu və ya digər səbəblə xidmət etməyən döymə hadisələri ayənin hökmünü yerinə yetirmək deyil, əksinə ona zidd davranışdır. O ki qaldı sıralamağa və məhdudlaşdırmağa   riayət etmək də müasir dövrdə  həll yolo olmaya bilər. Çünki burada  spesifik, hər dövrə və yerə aid ayrı hökmlər və rəylərdən bəhs edilməlidir.

Burada zamanın ümumi qaydaları, adət və ənənəsi deyib “Döymək yoxdur, zəmanə  o hökmü qüvvədən  salmışdır,  ayənin meydana çıxma səbəbləri bəllidir, amma o artıq tətbiq sahəsini itirmişdir; dolayısilə hökmü yerinə yetirilməyə bilər” kimi bəyanlarla tamamilə kəsib atmaq doğru olmaz. Belə ki, hər bir insan başqa bir aləmdir. Təhsil və tərbiyə səviyyəsinə, xanımın yaşadığı əraziyə, o əraziyə xas adət-ənənələrə diqqət yetirilməlidir. Belə ki, kişinin idarəçi olması anlayışının hakim olduğu toplumlarda ayənin tətbiq sahəsi daha bariz bir şəkildə ortaya çıxa bilər. Daha dəqiq ifadə ilə, Bakıda yaşayan universitet məzunu olan bir xanımla, Azərbaycanın  ucqar dağ kəndində yaşayan bir   xanımın həm ümumi-mədəni, həm təhsil-tərbiyə səviyyəsi, həm də adət-ənənəyə uyğunlaşmadakı fərqliliyi, fərqli həyat tərzi, standart və davranış qaydalarını özü ilə birlikdə gətirir. Bunlar millətlərarası müqayisədə də eynidir. Necə ki, Afrikada balta dəyməmiş meşələrdə yaşayan qəbilələrlə Avropanın mərkəzində yaşayanlar arasındakı fərq hamıya məlumdur.

Başqa bir aspektdən; təhsil səviyyəsi, ya da yaşadığı mədəni mühit başqalarından nə qədər fərqli olursa-olsun, hər bir fərdin öz  şəxsiyyəti  və qüruru vardır. Məsələyə bir də bu nöqtədən baxmaq lazımdır. Müasir dövrümüzdə əri tərəfindən döyülməyi qürur vəsiləsi sayıb nəfəsini vəkil bürosunda, məhkəmə qapısında alacaq  qadınların sayı çoxdur. Buna görə də, hər bir qadının fərdi xüsusiyyətlərə malik olmasını da nəzərə almaq lazımdır.

Ən sonda demək istədiyim budur : “Döymənin də bir sərhədi olmalıdır. Səmra xanım nümunəsində olduğu kimi , “Vur ki, vurasan” məntiqi ilə ediləcək “intiqam almağın”, “gücünü göstərib” göz qaraltmağın ehtiva etdiyi bir döymənin heç bir İslami əsası olmadığı kimi, döyənin dünya və axirətdə cəza alacağı da mütləqdir. Allah Rəsulu (s.ə.s.), “Darbən qayra mubərrih; yəni zorla deyil, xəfifcə və üzünə vurmadan” sözləri ilə bu cür bir döymənin sərhədini özü göstərir və burada bir anlaşılmaz nöqtə qoymur. Beləliklə, həddi aşan döymənin məqsədin əksinə xidmət edəcəyi açıq-aşkar görünür.”

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!