Doğruluq örnəkləri

08.03.2017 | 354 dəfə baxılıb.

Müxtəlif səbəblərlə Türkiyəyə gələn əcnəbilərin ortaq bir fikri vardır. Müsəlman bir türk ilə iş qurduqda müqavilənin lazım olmadığını, şifahi razılaşmanın yetərli olduğunu deyirlər. Əlbəttə, bu, İslam əxlaqının təbii nəticəsidir. Quran əxlaqına yiyələnmiş müsəlmanlar “Bəqərə” surəsində “…əhd edəndə əhdinə sadiq olanlar…” şəklində tərif edilir. Ayənin sonunda isə “Elə doğru və müttəqi olanlar da onlardır”, – buyurulur.
Fransız generalı Bonneval türklərin dürüstlüyünə heyranlığını bu sözlərlə ifadə etmişdir:
“Haqsızlıq, möhtəkirlik, oğurluq kimi pis əməllərə türklər arasında, demək olar ki, rast gəlməzsiniz. İstər əqidələrində, istərsə də cəza qorxusundan olsun – o qədər dürüstdürlər ki, onlara heyran qalmamaq olmur”.
Bir türk tacirinin dürüstlüyü bir mənbədə belə təsvir edilir:
“Qumaş parça ticarəti ilə məşğul olan əcnəbi bir tacir Osmanlı ölkəsinə gəlir. Bir parça dükanındakı malları bəyənir və hamısını almaq istədiyini mal yiyəsinə bildirir. Bu vaxt parça sahibinin parça toplarını seçərkən bir topu ayırıb kənara qoyduğunu görür və səbəbini soruşur. Dükan sahibi əcnəbi tacirin sualına: “Onu sənə verə bilmərəm, qüsurludur”, – deyə cavab verir.
Əcnəbi tacir: “Eybi yoxdur, heç nə olmaz”, – desə də, dükan sahibi o parça topunu tacirə verməkdən imtina edir: “Malımın qüsurlu olduğunu söylədim, siz bilirsiniz. Ancaq siz onu aparıb öz ölkənizdə satarkən müştəriləriniz mənim sizə bunları dediyimi bilməyəcəklər. Beləcə, sizin müştərilərinizə keyfiyyətsiz mal satmış olacağam. Nəticədə Osmanlının qüruru, şərəf və heysiyyəti tapdalanacaq, bizi də fırıldaqçı sayacaqlar. Ona görə də sizə keyfiyyətsiz parça verə bilmərəm”.
XIX əsrə aid bir mənbənin qeydlərinə baxaq:
“Milli səciyyəni xalqın orta təbəqəsində, yəni sənətkarlıq və ticarətlə məşğul olan insanlarda axtarmalıyıq. Bu təbəqəyə mənsub olan türklərin ictimai və şəxsi fəzilətləri ədəb-ərkan və alicənablıqla birləşir. Türk tacirləri namuslu və dürüstdür. Rumlarla qarışıq olmayan türk kəndlərində məsum həyat və gözəl adət-ənənələr diqqəti çəkir. Oralarda hiyləgərlik və fırıldaqçılığa rast gəlməzsiniz” (İngilis yazıçısı T. Sornton).Fransız səyyahı Du Loirin XVII əsrdəki qeydləri də çox maraqlıdır:
“Heç şübhəsiz ki, türk siyasəti ilə mədəni həyatı əxlaq baxımından bütün dünyaya örnək ola biləcək səviyyədədir”.
“İlahi sevginin açarı əxlaq”kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!