Dinimizi öyrənənlərə dəyərli töhvə

21.06.2013 | 4.091 dəfə baxılıb.

zaman-qezeti-logo

Əhməd İsmayıllı

“Zaman”

”Xəzər nəşriyyatı” MMC tərəfindən yeni çapdan çıxmış “Müxtəsər elmihal” kitabı dinimizi öyrənmək istəyənlər üçün çox dəyərli bir mənbədir. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin icazəsi ilə çap olunmuş kitabın ön sözünün müəllifi və elmi redaktoru məşhur Əl-Əzhər Universitetinin məzunu Qafar Ocaqlıdır. “Giriş”də insan və onun mahiyyətindən, yaradılış səbəbindən, dinin həyatımızdakı mövqeyindən, İslamın insan fitrəti ilə uyğunluğundan bəhs edilir. Kitab 7 əsas bölmədən ibarətdir: imanın əsasları; həddi-büluğa çatmış müsəlmanın vəzifələri və təmizlik; namaz; oruc; zəkat; həcc; qurban. Kitabın dili sadə, anlaşıqlıdır. İlk baxışdan kitab üzərində professional bir heyətin çalışdığı anlaşılır. Həyatımızın ən müxtəlif sahələri ilə bağlı rast gəldiyiniz suallara bu kitabda cavab tapa bilərsiniz.

Tarix :8 Noyabr 2010

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!