Dil Bəlası – Qeybət

18.06.2013 | 2.732 dəfə baxılıb.
dil_belasi_qeybet
  • Müəllif: Faruq ÇƏTİN
  • Səhifə: 120
  • Ölçü: 13,5x210
  • Çap tarixi: 2012
  • ISBN: 978-9952-439-89-2
  • məlumat daxil edilməyib | PDF
  • Qiyməti: 3.50 AZN

Oxuculara təqdim etdiyimiz bu kitab cəmiyyəti içəridən yeyib dağıdan, fərdi münasibətlərdə inamsızlığa gətirib çıxaran dil bəlası qeybət haqqındadır. Kitab yeddi bölmədən ibarət olub mövzular Quran və hədislər əsasında, həmçinin böyük İslam
alimlərinin həyatından verilən nümunələrlə axıcı üslubda izah olunmuşdur. Kitabda qeybət, qeybətin səbəbləri, aradan qaldırılma yolları və başda Peyğəmbərimiz (s.a.s.) olmaqla İslam böyüklərinin tövsiyələri əksini tapmışdır. Mövzular o qədər təsirli və gözəl işlənmişdir ki, insan oxuduqca qeybətin nəticələrini, uxrəvi cəzalarını görüb istər-istəməz özünü sorğu-suala çəkir, danışdığı sözləri bir daha gözdən keçirməli olur, “Qulun qəlbi dürüst olmadıqca imanı da doğru (kamil) olmaz. Dili doğru olmadıqca qəlbi də doğru olmaz” deyib imanın köşkü qəlbinə yönəlir.

Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.

məlumat daxil edilməyib

Cəmi 1 şərh yazılıb.

  1. Şərh  azer    tərəfindən   24.06.2013  tarixində yazılıb.

    super kitabdı digər oxuculara da məsləhət görürəm oxumağı mən oxudum ve çox bəyəndim bilmediyim çox şeyi də öyrəndim

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!