Dəstəmaz və bədənin statik enerjisi

08.03.2017 | 285 dəfə baxılıb.

Elm adamlarının araşdırmalarına görə, hüceyrələrin ətra­fın­da statik elektrik yükü mövcud olur. Biz bunu hiss etmirik. Həmçinin bu statik enerji bütün vücudda müsbət balansa ma­likdir. Havada artan ionlar, xüsusilə də, müasir dövrdə geniş yayılmış sintetik geyimlər vücudun səthində elektronların çoxalmasına səbəb olur. Bu hal insanın daxili orqanlarına, dəriyə, ələlxüsus da, sinir sisteminə mənfi təsir göstərir. Elektron sıxlığının artması dərinin altındakı xırda əzələləri yorur və onların elastikliyini itirməsinə gətirib çıxarır. Üzdə qırışların əmələ gəlməsinin əsas səbəbi də məhz budur. Dəridəki qırışıqlar və sallanmalar bu statik elektrik enerjisi ilə sıx bağlıdır.
Statik elektrik enerjisini vücuddan kənarlaşdırmağın iki yolu var. Ya yalın ayaqla və əllə torpağa toxunub enerjini torpağa ötürmək, ya da su ilə yuyunub bu elektronları bədəndən uzaqlaşdırmaqdır.
Dəstəmazda bu xüsusa ayrıca diqqət yetirilmişdir. Deyirsiniz, necə?
1. Su olmayanda təyəmmüm etmək elektron yükünün boşalmasına səbəb olur.
2. Bir yerə yığılıb qalmış, durğun, günəş altında isinmiş və istifadə edilmiş su ilə dəstəmaz almaq olmaz. Bunun elmi izahı belədir: Bu tip sularda ionlaşma olmadığı üçün elektronları boşalda bilmirlər.
3. Başın məsh edilməsi saçlardakı elektronları uzaqlaşdırır.
Demək, dəstəmaz elektronları təbii üsulla bədəndən uzaqlaşdırmaqla:
a. Üzə, əsasən də, dəriyə təravət və gözəllik verir.
b. Əsəb gərginliyini azaldır.
c. Oynaq ağrılarını müalicə edən ilahi reseptdir.
“Həyatın mənası namaz” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!