Davul çal elan et!

22.07.2013 | 772 dəfə baxılıb.

Atamın etimadını qırmamaq üçün siqaret çəkməmişdim. Bununla yanaşı, onu dostlarının yanında yalançı çıxarmaq da istəmirdim. “Mənim oğlum siqaret çəkməz,” demiş, mənə etimadını göstərmişdi. Bunu səmimi olduğu dostlarına, üstəlik məni də tanıyan adamlara bildirmişdi.

Ucaldılan insanlar ucaldan insanlara ehtiram göstərərlər. Məni­ ucaldan atam özümə inamımı artırmışdı. Əgər mənə: “Siqaret çəksən, sənə belə edərəm, elə edərəm,” – desə idi, bəlkə də, acığa çəkərdim.

Hər kəsin tanıdığı məşhur bir adam xatirələrindən bəhs edərkən: “Uşaqlıq həvəsi ilə siqaretə meylim vardı. Möhtərəm atam bir qutu siqaret alıb. Birini yandır dedi. Həyatımda ən çox o zaman utanmışdım”.

Burada incə bir məsələ ortaya çıxır. Ata müqəddəs bir mövqedədir və ibadətləri, yaşayışı, davranışları ilə yaxşı örnək olaraq övladın üzərində dərin təsir buraxır. Bu səbəblə “uşaq tərbiyəsi, yeniyetmə tərbiyəsi, atanın tərbiyəsi, ananın tərbiyəsi” başlıqları altında təqdimatlar verilir, kitablar yazılır. Bunların elə də tutarlı və faydalı olduğuna inanmıram. “Atanın vəzifələri”, “Anaya qarşı necə davranmalı?”, “Uşaq necə tərbiyə edilməli?” kimi başlıqlar mənə görə o qədər də doğru deyil.

Təlim-tərbiyəni təməldən başlamaq zəruridir. Təlim-tərbiyədə ən önəmli olan başlıq “Fərdin öz təlim-tərbiyəsidir”. Dolaysilə, “Fərdin təlimi” adlı başlıqlar qoyulmamalıdır.

Düzgün tərbiyə edilmiş insan özünə hörmət qoyar. Özünə hörmət göstərdiyi üçün də özündən başqa insanların da hörmətə layiq olduğunu düşünər. Evini təmiz saxlayan insanlar zibilləri küçəyə atmaz. Amma bununla belə evləri çox təmiz olan türklərin şəhərləri və küçələri niyə belə çirklidir? Çünki təlim-tərbiyənin təməlində nöqsan var. Bu təlim-tərbiyəni mənimsəməliyik.

Qonaq qaldığım şəhərlərdə maşına minəndə –vərdiş etmişəm –dərhal təhlükəsizlik kəmərimi keçirirəm. Avtomobili olan həmin şəhərin hörmətli iş adamı: “Bağlamaq məcburiyətində deyilsiniz. Yol polisi burada heç nə demir, bunun üçün rahat olun,” – deyir. Bunu yaxşı niyyətlə və qonağa ehtiramın göstərmək üçün, mən rahat olum deyə edir. Ənənəvi qonaqpərvərliyimizi təbiiliyi saflığı və təmizliyi ilə mənə təqdim etmək istəyir.

Nümunəvi nəsillər yetişdirmək üçün sağlam bünövrə atmağa çalışmalıyıq. Nəsli kim yetişdirməlidir? Gələcəyimizi yetişdirən ana-atalar necə formalaşmalıdır?

Yenə də uşaqlarımızı tərbiyələndirmək üçün istifadə etdiyimiz metodu tətbiq edəcəyik. İnsanı insan edən dəyərləri ortaya çıxaranı bunlara hörmət bəsləyən və həyatına tətbiq edən insanları örnək verəcəyik.

 Kimsə yardımsevərdirsə, onu cəmiyyətimizə tanıdaq. Övladımız səliqəlidirsə, bunu ətrafdakılara bildirək. Gördüyümüz işlər həm avtomatik nəzarəti, həm də ardıcıllığı təmin edər.

Osmanlıda bunun üçün gözəl bir örnək var. Deyək ki, bir nəfər namaza başladı. Davulçu bunu davul çalaraq: “Ey əhali, eşitmədik deməyin, Hüsnünün oğlu Həsən namaza başlamışdır,” – deyərək hamıya bildirər, elan edərdi.

Həsən bir gün namazı tərk etmək isətəyir. Allahın işinə bax. O gün bir hacı qadın halva bişirib Həsənə verir. Həsən: “Bu da nədir anacan?” – deyir. O da: “Övladım, eşitdim ki, namaza başlamısan, sənin üçün bişirmişəm, bişirəndə də dua etdim,” – deyir. Həsənə yaman təsir edir bu hadisə, ürəyində: “Allah, Allah! Bu gün də son dəfə qılacaqdım. Barı bir on gün davam edim,” – deyir. Daha sonra da ardı gələr.

Amma indi biz necə edirik? Yol bomboş olduğu halda, qırmızı işıqda gözləyən insanları araya qoyur, qaydalara riayət edən insanlara gülür, onları üzürük.

İki dostdan qısaboylu olan uzunboylu olanı təqdim edərkən: “Bu möhtərəm dostum maşına minərkən təhlükəsizlik kəmərini mütləq taxır,” – dedi.

Elə bizim adətimizdir. O xırda təfərrüatlara diqqət edən adamları məsxərəyə qoymaq. Çox dərs oxuyanları araya qoyduğumuz kimi, xüsusi bacarığı olanlara da belə deyirik: “Çalış, çalış, nəyisə kəşf edəcəksən!”

Kaş ki ixtiralarımız olaydı bu gün. Dünya sistemində indi çox fərqli mövqelərdə idik, bəlkə də. Tipik asiyalılar olaraq uzun müddət səbir tələb edən işlərdə uğur qazana bilmirik. “Bu, bizim taleyimiz olmalıdır?” – deyə soruşursunuz, xeyr, əlbəttə ki, bizim taleyimiz deyil. Bir vaxtlar müvəffəq olduğumuz kimi, yenidən müvəffəq olacağıq bir gün. Eyni ruh ilə elm-texnika əsrinin öndərləri olma inancımızı davam etdirməliyik.

Evlərin bir küncündə quşlar üçün yuva quran fəzilətli atalarımız bizə örnək olmaq üçün uzaqda deyillər. Bir az başımızı qaldırsaq, əlləri ilə bizi salamladıqlarını görərik. Mənfi halları elan etmək! Bax buna çox diqqət etməliyik. Bunu analar bilmədən edirlər, atalar məsələni daha da körükləyirlər. Tarixə dönüb nəzər salsaq, bunlara bir çox örnəklər tapmaq olar. Daha güclü xarakterə malik olan zəkalı uşaqların içində həmişə əks kompleks əmələ gəldiyini müşahidə edirik. (ardı var)

“Evdəki rənglər” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!