Cövşəni – Kəbir (Kiçik – ölçü)

18.06.2013 | 3.756 dəfə baxılıb.
covseni_kebir_kicik_boy
  • Müəllif: məlumat daxil edilməyib
  • Səhifə: 128
  • Ölçü: 85x125
  • Çap tarixi: məlumat daxil edilməyib
  • ISBN: 978-9952-439-17-5
  • məlumat daxil edilməyib | məlumat daxil edilməyib
  • Qiyməti: Satışda yoxdur.

TƏRCÜMƏ: Qafar OCAQLI
(İlahiyyatçı-şərqşünas)

“Cövşən” kəlməsi lüğətdə “zireh, döyüş palta rı” məna sına gəlir. Termin olaraq isə Pey ğəm bərimiz dən (s. ə. s.)
rəvayət edilən və “Cövşəni-Kəbir” adı ilə ta nınan bir duanın adıdır. Cövşəni-Kəbir Musa əl-Kazım, Cəfər əs-Sadiq, Məhəm
məd əl-Baqir, Zeynəlabidin, Həzrəti Hüseyn və Həzrə ti Əli (Allah hamısından razı olsun) silsiləsi ilə Pey ğəmbərimizə (s.ə.s.) istinad edilir. 100 bölümdən (babdan) ibarət olan Cövşəni-Kəbir ilahi isim və sifətlərlə Allaha yönəlişi ehtiva edir. Hər bölümün sonunda “Sübhanəkə yə lə iləhə illə ən təl-əmənəl-əmən xallisnə/əcirnə/nəccinə minən-nər (Nöq san lardan uzaq Allah! Səndən başqa yoxdur ilah! Aman diləyirik Səndən! Qoru bizi Cəhənnəmdən!) ifadəsi tək rarlanır.

Bu yüz bölümün iyirmi beşinin əvvəlində “va əsə lukə biəsməikə” ifadəsi gəlir, ardınca isə “ya Allah, ya Rəh man, ya Rəhim” şəklində Allahın isimləri zikr edilir. Bir sıra bablarda  “Ya xayral-ğafirin” kimi sözlərlə başlayıb davam edən minacatlarda vardır. Beləliklə, bu duada Allaha məxsus iki yüz əlli isim, yeddi yüz əlli sifət və müxtəlif minacatlar öz əksini tapır. Bu minacatlarda əsas qayə dua etmək və hər fəslin sonunda təkrarlanan “əl-Əman əl-Əman xallisnə minən-nər” ifadəsindən də aydın olduğu kimi, dünya və axi rət əzabından qurtuluş diləməkdir. Cövşəni-Kəbir dərin məzmununa, aydın ifadə lərinə və oxu nuşundan əldə olu nan dünya və axi rət mükafatlarına dair nəql edilən rəvayətlərə görə çox oxunan dualar sırasındadır. Bu mübarək duanı Əh məd Zi yaəddin Gü müşxanəvi bir çox duanı və əvradi-əzkarı əhatə edən Məcmuətul-Əhzab” adlı əsərinə daxil etmişdir. Sonralar isə bir neçə dəfə ayrıca kitab şəklində çap olunmuş və bir sıra dillərə tərcümə edilmişdir. Duanın Azərbaycan dilinə tərcüməsinin də hər kəsə faydalı olmasını Uca Yaradandan arzu edirik. Allah dualarımızı qəbul etsin!

məlumat daxil edilməyib

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!