“AMMA”YA DİQQƏT! “SƏNİ SEVİRƏM, AMMA…”?

22.07.2013 | 2.270 dəfə baxılıb.

İş otağımda seminar üçün hazırlaşarkən bir dostum içəri girdi və səninlə görüşmək istəyirəm dedi. “Olar, amma iki dəqiqə…” dedim. Sonra birdən bayıra çıxdı. Əslində görüşmək istəyən o idi, amma nə üçün bayıra çıxdığını başa düşə bilmədim. Bir az düşündükdən sonra səbəbini anlamışdım. Həm də narahat edilmək istəmirdim. Və istəməsəm də, dostumun qəlbini qırmışdım. Bunun sirri də istifadə etdiyim “amma” sözündə idi. “Olar, amma…” Əslində “olmaz” demişdim. Nə qədər bəsit olsa da seçilən kəlmələr niyyətinizin çölə yansıması mənasına gələ bilər. Çox bəsit bir cümlə; “olar, amma…”

Elə isə bir qaydanı unutmayaq. “Nə dediyin deyil, dediyinin necə anlaşılması önəmlidir”. Bizlər təmtəraqlı, nəzakətli cümlələr qursaq da, içimizdəki enerji həmin cümlələrə hopur. Bəzi kəlmələr cümlənin başında, ortasında və ya sonunda olduqda mənanı necə dəyişdirdiyini görəcəksiniz.

Sevdiyiniz insanı bilmədən incitdiniz, indi onun könlünü almaq istəyirsiniz. “Səni incitmək istəmirdim” ilə “səni incitmək istəyirdim, amma…” arasındakı fərqi axtarmaq istəsəniz: Birincisində, həqiqətən də, bir üzrxahlıq və qeyri-iradi baş vermiş hadisə, ikincisində isə, “Əslində elə buna layiqsən….”  mənasında bir vurğu var.

Məhz bu “amma”lar belə oyun açır başımıza.

“Səninlə evlənmək istəyirəm, amma atam razı deyil” deyən sizcə nə demək istəyir? “Səninlə evlənmək istəməyən elə mən özüməm, amma birbaşa deyə bilmirəm” deyir.

“Bizə yeməyə gəlin, amma masamız kiçikdir” deyən sizcə, nə demək istəyir? “Sizi yeməyə dəvət etmək isəmirəm əslində. Amma yeməyə dəvət etmək məcburiyyətində qaldım və beləcə yaxamı qurtarıram”.

“Olar, amma iki dəqiqə…” deməklə mən dostuma nə dedim? “İndi çox işim var, səninlə görüşmək istəmirəm”

“Bizə gəlin, amma sabah uşağın dərsi var”.

“Səni işə götürəcəkdim, amma böhran var”

“Səninlə görüşək, amma heç vaxtım yoxdur”.

“Sənin fikirlərinlə razıyam amma…” Baxın, bunu çox istifadə edirik. İdman proqramlarında, şoularda, televiziya ekranlarına diqqətlə baxın, o zaman bunu görəcək və eşidəcəksiniz. “Sən də haqlısan, amma…” deyir, əslində, “Elə sən özün də haqsızsan” deyir. “Fikirlərinlə razıyam amma…” deyən adam sizə deyir ki, “Fikirlərinlə razılaşmıram, əlimdən gəlsə, sənin fikirlərini on il qadağan edərdim, mənim fikirlərim sənin fikirlərindən daha yaxşıdır”.

“Daha çox örnək vermək istərdim, amma mövzu qurtardı” deyən mən nə demək istəyirəm? “Amma” ilə verəcəyim misallar bu qədərdir, ağlıma başqa örnəklər gəlmir. Bilmirəm” demək istəyirəm əslində…

Bizdə bir Əli İhsan var, sözə başlayarkən, “Yox” deyir və davam edir. Siz bir fikir ifadə edirsiniz, “Xeyr” deyir və eyni fikri söyləməyə davam edir. Çox ağıllı gediş deyilmi, sizcə? O an sizin fikrinizi başqa bir şirkət səs tonunu dəyişdirərək sizə satmağa çalışır. Siz də “xeyr, dedi, amma mənim fikirlərimə necə də bənzəyir” deyirsiniz.

“Əsla”nı, əsla istifadə etməyin. Tez-tez and içməyin, ikidə-bir “xülasə” deməyin. “Belə ki” heç deməyin.

“Qətiyyən olmaz” tərzində isə heç danışmayın. Məqsədiniz dialoq, bir şey öyrənmək və ya bir şey öyrətməkdirsə, nitqinizi zənginləşdirən, nitqinizə axıcılıq verən kəlmələrə təmin etməlisiniz.  “Necə?” kimi, “Nə üçün?” kimi suallar qarşı tərəfin öz fikirlərini daha rahat ifadə etməsini təmin edəcəyi üçün sizin yanlış anlaşılmağınızın da qarşısını alacaqdır. Siz  bu sualları verməklə, “yaxşı bir dinləyici” xüsusiyyətini göstərmiş olursunuz. Dostlarınız dialoq üçün sizə üz tutacaq. Övladlarınız sizinlə danışarkən özlərini daha rahat ifadə etməkdən məmnun olacaqlar və onların sirdaşı, yoldaşı, ən yaxşı dostu olacaqsınız.

“Evdəki rənglər” kitabından

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!