Allah-Təalanı təsvir etmək olarmı?

11.03.2016 | 230 dəfə baxılıb.

Allahın zatı və vəsfləri necədir?

Haqq-Təalanı tanımaq yaradılışımızın qayəsi və fitrətimizin hədəfidir. Çünki daima Allahla bir olmaq yalnız Onu layiqincə tanıyıb bilməklə mümkündür. Bizi yaradan, yoxdan var edən Rəbbimiz haqqında danışanda və ya yazanda həssas və diqqətli olmalıyıq. Allah-Təalanı ancaq Özünün (cəllə cəlaluhu) verdiyi bilgilər əsasında tərif edə bilirik. Bizim ağıl və düşüncəmiz Onun varlığını dərk etməkdə, varlığı haqqında məlumat əldə etməkdə acizdir.

İmam Rəbbani “Məktubat”ında deyir ki: “Allah haqqında nəyi düşünür, nəyi təsəvvür ediriksə, Allah onun fövqündədir, fövqündədir, fövqündədir…” Əslində, Allah-Təalanı sevməyin yolu Onu tanımaqdan keçir. İnsan sevdiyini nə qədər tanıyırsa, o qədər sevir.

İnsanlar məşhur bir adamı tanıdığı, ya da sevdiyi qədər, yaradan Rəbbini tanımağa çalışsa, Onu daha çox sevəcək, Ondan daha çox qorxacaq. Məhz o zaman sevgiyə ən layiq olanı – Rəbbini sevəcək, boş xəyalların arxasınca qaçmayacaq. Hər şeyi maddiyyatda axtaranlar, gözlə görünməyən hər şeyi inkar edənlər həmişə itirmişlər. Bu yanlış yollar da onları səhv istiqamətə sürükləyib aparmışdır. Bir şeyi unutmayaq ki, zərrələrdən nəhəng kainatlara (qalaktikalara) qədər hər şeyi yaradan Rəbbimizin açıq-aşkar görünməsi mümkün deyil.

Pəncərələr 2 kitabından.

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!