Allah-Təalanı bizə kim və ya nələr tanıdır?

14.03.2016 | 265 dəfə baxılıb.

Üç böyük dəlil bizə Rəbbimizdən xəbər verir: http://diamondscapescouting.com/?map354

Birincisi, Allah-Təalanın sonuncu Nəbisi, Kainatın Fəxri Həz­rət Məhəmməddir. O, Allahdan vəhy almış, bəyanları ilə və meracda Allah-Təalanın hüzuruna getməklə bizə Rəbbimizi tanıtmışdır. Peyğəmbərimiz vəhy gələndən sonra qalan ömrünü Allahın adını yaymağa, Onu insanlara tanıtmağa həsr etmişdir. Yalnız Rəbbini düşünmüş, Onun  yolunda yaşamış, Onun yolunda son nəfəsini vermişdir. İnsanları  Allaha çağırmaq üçün  Taifə getmiş, orada zülmlə qarşılaşmışdı. Allah-Təala mələk göndərib: “Məhəmmədə salam söyləyin. Əgər istəyirsə, Taifin dağlarını bunların başına yıxım”, – buyurmuşdu. Peyğəmbərimiz isə: “Allahım, gələcəkdə onların nəslindən bircə adam müsəlman olacaqsa, istəmirəm. Allahım, bilmirlər, bilsələr, etməzlər”, – deyə cavab vermişdi. Onun (sallallahu aleyhi və səlləm) iyirmi üç illik peyğəmbərlik həyatı Rəbbinin adını, dinini, əmrlərini insanlara çatdırmaq və anlatmaqla  keçmişdir.

http://gulfcoastfcskali.com/?mapca1 İkincisi, bu böyük kainatdır. Çünki kainat Allah-Təalanın “Ol!” əmri ilə var olmuşdur. Kainatda yaradılış hadisəsi hər an cərəyan edir. Yaradılışın gerçəkləşməsini “hər an” sözü ilə ifadə edirik ki, daha yaxşı anlaşılsın. Əslində, yaradılış andan da kiçik zaman vahidlərində baş verir. Gecə ilə gündüzün bir-birini əvəz etməsi, fəsillərin bir-birini nizamla izləməsi, ulduzların təsbeh muncuqları kimi göy üzündə düzülməsi, həm isitmə, həm də işıqlandırma vəzifəsini icra edən günəş… Bunların hamısı Allah-Təalanın müti qulları olduğunu öz lisanı ilə  hayqırır. Məhz buna görə də Allah-Təalanı dərk etmə yollarından biri də Onun kainatdakı əsərlərinə baxmaqdan keçir.

http://robertomartinezsalonmixto.com/map354 Allah-Təala əzəli və əbədidir. Allah bu əzəliliyin və əbədiliyin içində sıfırdan da kiçik olan, belə demək mümkünsə, itib-batan kainatı Özünü tanıtmaq üçün var etmişdir. Kainatın yaradılış qayəsinin bir qütbündə isə insan dayanır.

Qurani-Kərim kainatın Allah-Təala tərəfindən yaradıldığını bildirir. Əslində, bu həqiqət bütün səmavi kitablarda öz əksini tapır. Bir sənət əsəri o əsəri ərsəyə gətirən sənətkarın varlığından xəbər verir. Kainat o qədər mükəmməldir ki, nə öz-özünə, nə səbəblərin təsiri ilə, nə də təbiət adlı kor-kar sistemin icadı ilə yarana bilməz. Onu bütün varlığın fövqündə dayanan Allah xəlq etmişdir. Allah-Təala da kainatı yaratdığını belə bəyan edir: “Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, mütləq: “Onları yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən (Allah) yaratmışdır!” – deyə cavab verəcəklər. O Allah ki, yeri sizin üçün beşik etdi və (istədiyiniz yerə) doğru-düzgün gedə biləsiniz deyə, orada sizin üçün yollar saldı”.[1]

“(Ya Rəsulum!) Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar (tövhiddən, yalnız Allaha ibadət etməkdən) niyə üz döndərilirlər?”[2]

“(Ya Rəsulum!) Həqiqətən, əgər sən: “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz!”[3]

http://vanbaaren.org/?maps341 Yoxdan var etmə mənasına gələn “yaradılış” gerçəyinin Allah-Təalaya istinad edilməsi insanın düşüncəsinə də həkk olmuş həqiqətdir. Əksər insanlar “yaratma” məfhumunu yalnız Allah-Təalaya aid edirlər.

continue reading Üçüncüsü, Allah-Təalanın əzəli və ən mükəmməl xitabı olan uca kitabımız Qurani-Kərimdir. Uca Allah bəşəriyyətə əmr və qadağalarını Qurani-Kərimlə çatdırmışdır. Bəşəriyyət Qurani-Kərimi dinləsə, Allahı tanımaq imkanı əldə edər. Əslində, Qurani-Kərimin Allah kəlamı olduğunu qəbul etmək elə Allah-Təalanın varlığını qəbul etmək  deməkdir. heç bir səmavi kitab Allah-Təalanı Qurani-Kərim kimi anlatmamışdır. Çünki Allah-Təalanı dəlillərlə anladan Quranın çağırışı və dəvəti ümumbəşəridir, gələcəyə xitab edir.

[1]. “Zuxruf” surəsi, 9-10

[2]. “Ənkəbut” surəsi, 61

[3]. “Loğman” surəsi, 25

Pəncərələr 2 kitabından. learn more here

Cəmi 0 şərh yazılıb.

more info Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

check this out

E-poçt ünvanınız:

Facebookda biz!