Ailə içində zorakılıq

29.01.2016 | 248 dəfə baxılıb.

Səmra xanıma təskinlik vermək üçün: “Bu, sadəcə bizə və bu günə aid bir problem deyil” – deyə söhbətə başladım. Ərindən aldığı yumruq zərbəsi nəticəsində üzü şişmiş, gözünün altı göyərmiş və demək olar ki, özündən getmişdi; mənimlə görüşə ağlı və zehni qabiliyyəti tormozlanmış bir halda gəlmişdi. Səmra xanımın dediyinə görə, bu hadisə 5 illik ailə həyatı boyunca  dəfələrlə  təkrarlanmış  və hər dəfə əri:  “Bu axırıncıdır!” deyə  söz verərək vəziyyəti sakitləşdirmiş; barışıq olmuşdu. Amma hər dəfə də eynisi təkrarlanaraq davam etmişdi. Övladlarını atasız qoymamaq, cəmiyyətdə pis nümunə olmamaq üçün bu vaxta qədər boşanmağı ağlına belə gətirməmişdi. Çünki həm yoldaşı, həm də özü tanınmış bir ailəyə mənsub idi. Bundan əlavə, könüllü qatıldıqları bir təşkilatın  ön sıralarında mövqe sahibi idilər. Səmra xanımı boşanma fikrindən vaz keçirən bir başqa faktor da, yoldaşının peşəsi etibarı ilə dini söhbətlərlə xalqın qarşısına çıxması idi. Səmra xanımın anlamaqda, qavramaqda çətinlik çəkdiyi şey də əslində bu idi. “Xoca” adı ilə insanların qarşısına çıxan, evdən kənarda hər kəsə gül paylayan yoldaşının evdə yırtıcı, parçalayıcı bir aslan olması ona qəribə gəlirdi.

Mövzu anlaşıldı: Ailə içində zorakılıq! Ərinin arvadını döyməsi şəklində ortaya çıxan bu zorakılıq, başda da izah etməyə çalışdığımız kimi, sadəcə bizim və bu günün problemi deyildir. Qərb dünyasında da, ailədaxili zorakılıq ən çox baş verən hadisələrdəndir. Dünya Səhiyyə Təşkilatının 7 illik bir araşdırma ilə açıqladığı hesabatda; hər 6 qadından birinin ailədaxili zorakılığa məruz qaldığı göstərilir. Yenə də statistik məlumatlarda  Qərb ölkələrində ailədaxili zorakılığın İslam dünyasına nisbətən daha çox olduğu qeyd alınmışdır. Bu da məsələnin sadəcə İslam dini ilə əlaqələndirilməsinin yalnış olduğunu göstərən bir xüsusdur. Mənim demək istədiyim: “Ümumiyyətlə, belə məsələlər həmişə dinlə, dindarlıqla əlaqələndirilir və bunun həm izahı, həm də həlli o istiqamətdə axtarılır. Halbuki, bu gün bizim ölkəmizdə heç də dindar olmayan insanlarda da ailədaxili zorakılıq böyük nisbətdə müşahidə edilir”.

Dini həssasiyyətimiz və problemlərə ancaq dini perspektivdən yanaşdığımız üçün mən də bu məsələyə dini prizmadan baxmağa çalışacağam. İlk əvvəl aşağıdakı suallara cavab tapmağa çalışaq: “Müsəlman bir kişi, yoldaşını döymək hüququnu haradan alır? Quranın bu mövzuda (kişi haqlı olsa belə) əmri və yaxud tövsiyəsi var?” Cavab: “Bəli və xeyr. Bəli, çünki “Nisa” surəsinin 34-cü ayəsində şərt qoyulmaqla və fərqli izahlara mövzu olan bir “döymək” felindən söhbət gedə bilər. Xeyr, çünki bu ayəyə baxmayaraq, həyatının hər anını Quranla yaşayan Peyğəmbər Əfəndimizin (s.ə.s.) müxtəlif bəyan  və tətbiqatları “döymək”  hadisəsini dəstəkləyəcək mahiyyətdə deyildir.”

Bəhs etdiyimiz ayədə Allah (c.c.): “Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və xəfifcə döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!” – buyurmaqdadır. (Nisa, 4/34).

Cəmi 0 şərh yazılıb.

Bu məqalə haqqında şərh yazılmayıb.

Şərh yazın

E-poçt ünvanınız:

Facebookda biz!